Duman əleyhinə işıqların cəriməsi var? - AÇIQLAMA - VİDEO

Avtosfer TV 19 Yanvar 2024 17:47 Oxunub 4778
Duman əleyhinə işıqların cəriməsi var? - AÇIQLAMA   - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Son vaxtlar əksər avtomobillərə duman əleyhinə işıqlar quraşdırılır. Bəzi hallarda isə belə işıqlar avtomobil istehsal olunarkən maşına quraşdırılır. Bu həm avtomobilə gözəllik qatır, həm də dumanda hərəkəti asanlaşdırır. Lakin bəzi sürücülər duman olmadığı vaxtlarda belə, duman əleyhinə işıqlardan istifadə edir. Bəs duman əleyhinə işıqların cəriməsi var?

Avtosfer.az xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin Baş İnspektoru Polis Mayoru Araz Əsgərli “Avto FM” verlişində aparıcının sualını cavablayıb.

O, bildirib ki, bu işıqlar adından da bəlli olduğu kimi duman əleyhinədir:

“Günorta vaxtı onu yandırıb, başqalarının gözünü çıxardan şəxs başa düşmür ki, bu işıq cihazlarından istifadə qaydasını pozur. Belə hallar üçün 30 manat cərimə nəzərdə tutulub. Yol polisi əməkdaşı sürücünü saxladıqda isə o, “Bu harda yazılıb?”, “Mən bunu bilmirdim” və s. kimi bəhanələr gətirir. Nəqliyyat vasitəsinin istismarı qaydalarının pozulması ətrafdakı insanlara qarşı hörmətsiz münasibətin nəticəsidir. Bilmək olmur ki, belə şəxslər özünəmi, ətrafdakı insanlaramı, həmin qaydaları təmin edən şəxslərəmi hörmətsizlik edir. Belə eqoist yanaşma tərzi olarmı?”.

Qeyd edək ki, yollarda hərəkət edərkən istər işıq, istərsə də digər vasitələrdən istifadə zamanı digər insanlara qarşı hümanist yanaşmaq lazımdır. Nəzərə alınmalıdır ki, yol hamının rahat hərəkəti üçün təşkil olunub və başqalarının rahatlığını pozmağa heç kimin haqqı yoxdur.  

Məhəbbət Tərlanoğlu

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh