Dünyada ilk dəfə: Bahalı "Lamborghini"-ni istədikləri qədər cızdılar – VİDEO
Kimsə avtomobilinin cızılmasını istəməz. Kimsə heç bir səbəb olmadan başqasının avtomobilini də cızmaq istəməz. Əgər həmin avtomobil Lamborghini Gallardo-dursa, o maşının üzərinə toz qondurmazlar. Lakin Danimarkadakı "ARoS Aarhus Kunstmuseum" muzeyindəki Lamborghini Gallardo-nu hər kəs cıza bilərdi, maşının üzərinə istədiyi sözü yaza bilərdi. Avtosfer.az milli.az-a istinadən bildirir ki, bu avtomobil DOLK niki ilə çalışan norveçli rəssama məxsusdur. O, "No Man Is Island" adlandırdığı bu perfomans çərçivəsində muzeyə gələn hər kəsə bahalı avtomobilini cızmağa icazə vermişdi. Muzeyə gələnlər ilk əvvəl gördüklərinə inana bilmirdilər. Onlar gizli kamera ilə çəkiliş aparıldığını düşünürdülər. Lakin hər şeyin real olduğunu anlayandan sonra ziyarətçilər maşını cızmağa, avtomobilin üzərində sözlər yazmağa, şəkillər çəkməyə başladılar. Üç həftə ərzində Lamborgini cızıq-cızıq olduğundan perfomans dayandırılıb. Cızılmış avtomobil sentyabra qədər muzeydə nümayiş olunandan sonra sahibinə qaytarılacaq. "Baş verənlər qəddarlıq, axmaqlıq təsiri bağışlaya bilər. Lakin bu, sənətdir və sənətin də məntiqə ehtiyacı yoxdur. İnsanın hər əməli, hər hərəkəti yaşadığı arealda, cəmiyyətdə iz qoyur. Heç birimiz dəyişikliklərdən xali deyilik. Çünki hər kiçik hərəkət bizə təsir edir", - DOLK deyib.
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO












