Dünyanın ən soyuq kəndində avtomobillərin rahat hərəkətinə baxın - VİDEO
Yeni Zelandiyalı fotoqraf Amos Chapple dünyanın ən soyuq bölgəsinin şəkillərini çəkmək qərarına gəlib. Rusiyanın şimal qütb ərazilərindən 350 kilometr cənubunda yerləşən Oymyakon kəndi dünyada yaşayış olan ən soyuq ərazi hesab olunur.
1926-ci ildə şimal yarımkürəsində ən aşağı temperatur -71,2 dərəcə məhz bu kənddə qeydə alınıb.
Kənddə heç bir tərəvəz, bitki məhsulları yoxdur. Marketlərdə yalnız balıq və ət məhsulları tapmaq olar. Temperaturun -48 dərəcəyə çatdığı kənddə donmuş balıqlar sıra ilə yan-yana düzülür. Günəş şüalarının çox çətinliklə qalın dumanla örtülmüş bulud təbəqəsini dələrək düşdüyü kənddə 500 nəfərə qədər əhali yaşayır. Regionda avtomobillər yalnız qarajlarda işləyir. Qarajdan kənara çıxan vasitələr isə dayanmadan yollarına davam etmək məcburiyyətindədirlər. Çünki dayanan kimi donurlar. Onları yenidən işlək vəziyyətə qaytarmaq isə çox çətin məsələdir. Rusiyanın şimal qütbünə ən yaxın kənd olan Oymyakon iqlimindən fərqli olaraq "Donmayan Su" mənasını verir. Deyilənə görə, 1930-cu illərə qədər maral sürüləri su ehtiyaclarını qarşılamaq üçün məhz bu kəndə enirlərmiş.
Ancaq Sovet hökuməti, ölkənin şimal-şərqində dəniz səviyyəsindən 750 metr yüksəklikdə yerləşən bu bölgədə insan yaşayışının olmasına qərar verir. Kənddə az çeşiddə məhsul satan yeganə mağaza fəaliyyət göstərir ki, kənd əhalisi yalnız buradan bazarlıq edir. Bütün bunlara baxmayaraq, əhali səhiyyə problemləri ilə üzləşmir. Tədqiqatçıların sözlərinə görə, kəndlilərin heç bir sağlamlıq problemi ilə üzləşməməsinin səbəbi içdikləri maral südünün tərkibindəki faydalı maddələrlə əlaqəlidir. Bu kənddə uşaqlar da artıq soyuq hava şəraitinə vərdiş ediblər. Havanın temperaturu -52 dərəcədən aşağı enəndə məktəblər bağlanır.
Oymyakon kənd əhalisinin ən sevdiyi məşğuliyyəti isə buz tutmuş göldə balıq ovlamaqdır./publika.az
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO














