Düşmənin canına lərzə salan 18 yaşlı şəhid - VİDEO

Avtosfer TV 24 Avqust 2023 13:59 Oxunub 834
Düşmənin canına lərzə salan 18 yaşlı şəhid   - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

O, igid bir kəşfiyyatçı idi. 19 yaşı olsa da düşmənin qəlbinə lərzə salmağı bacarmışdı. 1993-cü il 12 may atəşkəs aktı imzalansa da müharibə davam edirdi. Açıq döyüş əməliyyatları olmasa belə vaxtaşırı qarşıdurmalar yaşanırdı. Xüsusilə Xocavənd istiqamətində düşmənlə üz-üzə duran igidlərimiz Vətən torpağını qoruyur, ermənilərə ağır zərbələr vururdu. 
1994-1996-cı illər ərzində qədərinə şəhidlik yazılmış gənclərimizdən biri də Qədir idi...

Ramazanov Qədir İslam oğlu 20 oktyabr 1976-cı ildə Lerik rayonunun Siyov kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra 1994-cü ildə hərbi xidmətə yollanıb. Əvvəlcə Beyləqan rayonundakı N saylı hərbi hissədə, daha sonra Xocavənd istiqamətində xidmətini davam etdirib. 1995-ci il noyabrın 9-da düşmən snayperinin açdığı atəş nəticəsində şəhid olub. Lerik rayonunun Siyov kəndində, Akkuşa ocağında dəfn olunub. Subay idi. Allah rəhmət eləsin. 
Qədir uşaqlıqdan cəsarətli, vətənpərvər ruhda böyümüşdü. Ailədə 11 uşaq olsalar da Qədir digərlərindən öz xasiyyəti ilə seçilirdi. Bütün bunlar isə onun şəhidlik zirvəsinə gedən yolunun başlanğıcı idi...

Qədir Ramazanov xidmət etdiyi hərbi hissədə həm yoldaşlarının hörmətini qazanmış, həm də cəsarəti ilə ad çıxarmışdı. Tez-tez kəşfiyyata gedən Qədir düşmənə ağır zərbələr vurmuşdu. Məhz bu səbəbdən də ermənilərin hədəfində idi. Gənc qəhraman uşaqlıqdan hazırlaşdığı şəhidlik yolunun sonuna gəlmişdi. Düşmənin snayper gülləsi ilə o əbədiyyət zirvəsinə ucaldı.

19 yaşlı Qədirin şəhidliyi ailəsi, doğmaları, əzizləri üçün ağır dərd oldu. Bir insan ömrü, arzular, istəklər yarımçıq qalmışdı...

Qədir şəhadəti ilə həm də qürur mənbəyinə çevrilib. Anası, qardaşları, doğmalar bu igid gənc barəsində fəxrlə danışırlar...

Bu gün Ramazanovlar ailəsində gənc Qədirlər böyüyür və onlar heç vaxt üzünü görmədiyi əmiləri ilə qürur duyurlar...

44 günlük Vətən müharibəsi illərdir ürəklərdə olan həsrət və qüssəyə son qoydu. Qədir kimi minlərlə gəncimizin intiqamı alındı...

Avtosfer.az "Mübarizim Prodakşın" tərəfindən hazırlanmış filmi təqdim edir:

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh