DYP-dən vətəndaşa "sürpriz" cərimə - Başqasına aid cərimələr yenə gəlir - VİDEO

Öz adına olan avtomobilinə başqa şəxsin adı ilə cərimə yazılıb. Avtosfer.az xəbər verir ki, sürücünün mobil telefonuna etibarnaməsiz avtomobil idarə edildiyinə görə 40 manat cərimə protokolunun məlumatı göndərilib. Hadisə Sumqayıt şəhər sakini Sevda Qasımovanın başına gəlib.
Sürücünün iddiasına görə, bu ilin yanvar ayının 30-da ona məxsus minik avtomobilinə paytaxtın "20 yanvar" dairəsində 40 manat cərimə yazılıb. Cərimə protokolunda qeyd olunub ki, həmin tarixdə sözügedən avtomobili Kəlbəcər rayon İstibulaq kənd sakini Elvin Abdulrəhmanzadə etibarnaməsiz idarə edib. Protokol da məhz Elvinin adına rəsmiləşdirilib. Bununla belə cərimə barədə məlumat Elvin Abdulrəhmanzadənin ünvanına deyil, avtomobilin sahibi olan Sevda Qasımovanın ünvanına göndərilib.
Avtomobil sahibi deyir ki, o, nə həmin şəxsi tanıyır, nə də həmin tarixdə avtomobili Bakı şəhərində olub. Cərimə barədə isə 2 gün əvvəl xəbər tutub.
Hazırda Sevda Qasımova avtomobilinə həbs qoyulacağından ehtiyat edir.
Mövcud problemlə bağlı Baş Dövlət Yol Polisi İdarəsindən bildirildi ki, sürücü Sevda Qasımovanın müraciəti qısa vaxt ərzində araşdırılacaq və məsələyə qanun çərçivəsində hüquqi qiymət veriləcək.
Biləcəridə sürücü qadının avtomobilini vurub hadisə yerindən qaçdı - REAL VİDEO
Polisdən qaçan sürücü qəza törətdi; sərnişinlə birlikdə maşından düşüb qaçdılar - VİDEO
Piyadalara “zebra”da yol verən sürücü qəzaya səbəb oldu; 4 nəfər yaralandı - VİDEO
Sürücülərin ən çox razı olduğu avtomobillər - SİYAHI
Maşına saxta lidar quraşdıranların məqsədi nədir? – Ekspertdən AÇIQLAMA - VİDEO
Ötmə zamanı iki maşın toqquşdu; 2 nəfər öldü, 2 yaralı var - VİDEO
İllərdir təmir edilməyən yola təcili yardım maşınları da girmir – VƏTƏNDAŞ ŞİKAYƏTİ - VİDEO
Əmrə tabe olmayan "Porsche" sürücüsü qaçmaq istədi - Polis atəş açıb saxladı - VİDEO
Sürücülük dərsi yoxsa “TikTok” şousu? - Təlimçi özünü ifşa etdi - VİDEO
Binədə qaydaları alt-üst edən sürücü maşını əks istiqamətə fırladıb yarışa çıxdı - VİDEO
Sürücülər arasında yol üstündə dava düşdü - Başı ilə şüşəni sındırdı - VİDEO











