DYP qaz avadanlığının avtomobilə quraşdırılmasına niyə icazə vermir? - VİDEO

Avtomobilinə qaz avadanlığı quraşdıran sürücülər çətinliklə üzləşirlər.
Benzinə qənaət etmək istəyən sürücülər avtomobilə qaz avadanlıqları quraşdırırdı. Əvvələr buna maraq daha çox idi. İndi də maraq olsa da, son vaxtlarda sürücülər bəzi problemlərlə üzləşdiklərini deyir. Bildirilir ki, qaz avadanlığı quraşdıran servislərə müraciət etdikdə imtina cavabı alırlar. Səbəb kimi də rəsmiləşdirmə zamanı üzləşilən çətinlik əsas göstərilir.
Qeyd edək ki, avtomobilin yük yerinə qaz balonu yerləşdirilir. Mühərrikə bir neçə detal əlavə edilir və bununla da avtomobil həm CNG və ya LPG qazla, həm də benzinlə işləyə bilir. Bu işlə məşğul olan şəxslər də bildirirlər ki, qaz avadanlıqları injektorlarla işləyən bütün avtomobillərə quraşdırıla bilər.
Ustalar bildirir ki, bunun heç bir təhlükəsi də yoxdur.
Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsindən bildirildi ki, qaz avadanlığının avtomobilə quraşdırılmasına icazə yoxdur.
Bəs qanun nə deyir?
Yol hərəkəti qaydaları üzrə ekspert Ərşad Hüseynov bildirir ki, hazırda qüvvədə olan qanunvericiliyə görə, mühərrikin yanacaq növünün dəyişdirilməsi və əlavə avadanlıqların quraşdırılması mümkündür. Amma bu iş ixtisaslaşmış müəssisələrdə həyata keçirilməli və sürücüyə qaz avadanlığı quraşdıran şirkət sertifikat verməlidir.
Ekspert onu da əlavə etdi ki, bu təcrübə dünyanın istənilən ölkəsində də var. Hətta qonşu Türkiyə, İran və Rusiyada daha geniş yayılıb.
Sumqayıtda azyaşlı yolda təhlükə saçdı: Qorxulu anlar yaşandı - VİDEO
Xanım sürücü qazla tormozu səhv salıb 13 yaşlı uşağı vurdu - VİDEO
Yaşayış zonasında “hoqqa” verən yeniyetmə sürücü qəza törətdi - ANBAAN VİDEO
Qadın sürücü "Range Rover"i aşırdı; xəsarət alanlar var - Bakı-Qazax yolunda qəza – VİDEO
Binanın girişini bağlayan şəxs xanım sürücü imiş - Sakinlər maşınsız qaldı - VİDEO
Sürət yarışına çıxan sürücülər yolu bir-birinə qatdı - VİDEO
“Land Rover”lə toqquşmamaq üçün sürücü maşını bordürə çırpdı, sonra… - VİDEO
"Gelandewagen"də ad gününü qeyd edən azyaşlı tapıldı - ATASI CƏRİMƏLƏNDİ - VİDEO
Yol polisi yoxlamadan qaçan skuterli kuryeri yıxaraq saxladı - VİDEO
Yolayrıcında ağır qəza; yenə "Prius" - Günah kimdədir? – Ekspert İZAH ETDİ - VİDEO
Yoldan çıxıb işıq dirəyinə çırpılan “BMW” iki yerə bölündü; ölən var – FOTO - VİDEO










