"Əcəmi"nin ölüm saçan gəncləri: İnsanların həyatı ilə oynayırlar - DYP hərəkətə keçdi - VİDEO

Bakıda moped sürücülərinin ölüm saçan görüntüləri kameraya düşüb. Avtosfer.az xəbər verir ki, hadisə aprelin 6-da, paytaxtın Seyid Cəfər Pişəvəri küçəsində qeydə alınıb.
Belə ki, kameraya düşən 3 moped sürücüsü və sərnişinləri dəbilqə olmadan hərəkət ediblər. Eyni zamanda onlardan ikisi konkret olaraq avtoxuliqanlıq ediblər.
Öncə qırmızı işıqda stop xətti keçərək yolun hərəkət hissəsində olan piyadaların üzərinə sürüblər. Daha sonra isə yarışa çıxıblar.
Bir az qarşıda onlardan biri avtobusu sağdan, digəri isə soldan ötüb. Bu zaman keçidi keçən piyadaların həyatını təhlükə altında qoyublar.
Bakı Şəhər DYP İdarəsindən Avtosfer.az-ın sorğusuna cavab olaraq bildirildi ki, videogörüntü ilə əlaqədar hazırda araşdırma aparılır. Sürücülərin aşkar olunaraq məsuliyyətə cəlb edilməsi istiqamətində tədbirlər həyata keçirilir
Sözügedən videonu təqdim edirik.
Fərid
Sərxoş vəziyyətdə qəza törədib avtomobili aşırdı – Beşinci dəfə içkili tutulan ... - VİDEO
Qadın sürücü qayda pozub qəza törətdi – Maşından düşüb asfalta çırpıldı - VİDEO
Çörək daşıyan maşın motosiklet sürücüsünü keçiddə vurub öldürdü – ANBAAN VİDEO
Nizamidə “Təhlükəsiz şəhər və məsuliyyətli şagird” adlı tədbir keçirildi - VİDEO
Artıq Xırdalan yolunda tıxac olmayacaq - AYNA-dan AÇIQLAMA - VİDEO
Normadan artıq yükə görə baş verən qəzaların görüntüləri yayıldı - ANBAAN VİDEO
Özünü qadına bənzədən oğlan maşın oğurladı – Cərimələnib həbs edildi - VİDEO
Qayda pozan sürücü motosikletçiyə təhlükə yaradıb nalayiq ifadələr işlətdi - VİDEO
Xətti elə çəkiblər ki, geriyə dönənlərin çoxu cərimə olunur - DYP-dən AÇIQLAMA - VİDEO
"Tarqovı"da parklanma xaosu - Yanğınsöndürənlər hadisə yerənə çata bilmədi - VİDEO
Yeniyetmə “Hyundai”ı ağaca çırpdı; xilasedicilər maşından çıxardı, polis cərimələdi - VİDEO










