Ekologiya postunda qayda pozan sürücü yol polisindən belə qaçdı - VİDEO
Avtosfer TV
9 Fevral 2021 13:55
Oxunub 6204

Ekologiya postunda yol hərəkəti qaydasını pozan sürücünün videogörüntüsü avtomobildəki kameraya düşüb. Avtosfer.az">Avtosfer.az xəbər verir ki, 99-XC-044 qeydiyyat nişanlı "Toyota" markalı avtomobilin sürücüsü postun qarşısındakı 1.1 bütöv xəttin tələbini pozaraq sol zolaqdakı sürücüyə maneə törədib. Bunu görən yol polisi əməkdaşı sürücüyə saxla işarəsi versə də sürücü buna məhəl qoymayaraq hərəkətinə davam edib.
Sürücülər bəzən piyada xidmət aparan polis əməkdaşlarının göstərişlərinə əməl etmirlər. Elə düşünürlər ki, qaçıb getməklə canlarını cərimədən qurtarırlar. Lakin düşünmürlər ki, pozduğu qaydaya görə 40 manat cərimə ödəyəcəkdisə, polisə tabe olmamağa görə onu daha ağır cəza gözləyir.
Təbriz
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR














