
Əks zolağa çıxan “Daewoo” TIR-la toqquşdu; 3 nəfər öldü - VİDEO
Avtosfer TV
4 Sentyabr 2020 21:00
Oxunub 1584

Rusiyanın Voloqodsk əyalətində iki nəqliyyat vasitəsinin iştirakı ilə ağır yol qəzası baş verib. Avtosfer.az xəbər verir ki, hadisə sentyabrın 4-də səhər Moskva – Arxangelsk avtomagistralının Qryazoveçk rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
Məlumata görə, hərəkətdə olan “Daewoo Nexia” markalı minik avtomobili, yolun əks istiqamətinə çıxaraq, qarşıdan gələn “Scania” markalı TIR-la toqquşub.
Zərbənin təsirindən hər iki maşın yanıb.
Qəza nəticəsində 2 nəfər hadisə yerində, 1-i isə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Faktla bağlı araşdırmalara başlanılıb.
Namiq Musayev
ŞƏRH YAZ