Əks zolağa keçib dayancaqda 2 nəfəri vurdu; 1 ölü, 1 yaralı - VİDEO

Əks zolağa keçən "karşerinq" xidmətinin avtomobili avtobus dayanacağına çırpılıb. Avtosfer.az xəbər verir ki, Rusiyanın Sankt-Peterburq şəhərində baş verən hadisənin görüntüləri kameraya düşüb.
Lenin prospekti, 108 ünvanında 35 yaşlı sürücü icarəyə götürdüyü “KİA Rio” markalı avtomobillə hərəkətdə olan zaman sükan idarəetməsini itirərək əks zolağa keçib və avtobus dayanacağına çırpılıb. Bundan əlavə, o, dayanacaqda avtobus gözləyən iki qadını da vurub.
Qəza nəticəsində ağır xəsarətlər alan 40 yaşlı qadın hadisə yerində ölüb, 71 yaşlı digər qadın isə ağır vəziyyətdə xəstəxanaya aparılıb. Hadisə şahidinin sözlərinə görə, qəza törədən avtomobildə olan şəxslər sərxoş olub. Onlar qəzadan sonra qaçmaq istəyiblər, lakin polis tərəfindən saxlanılıblar.
Polis sürücünün aldığı xəsarətlərə baxmayaraq maşını tərk etdiyini və qaçdığını təsdiqləyib. İlkin məlumata görə, onun ayağı və bir neçə qabırğası sınıb. Hazırda sürücü saxlanılıb və araşdırma aparılması üçün şöbəyə aparılıb. O, tibbi müayinədən keçməkdən də imtina edib. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Sözügedən hadisənin anbaan kadrlarını təqdim edirik:
Namiq Musayev
Kuryer qadın sürücünün qarşısını kəsib döydü, başqa sürücü də onu əzişdirdi - VİDEO
Sumqayıtda azyaşlı yolda təhlükə saçdı: Qorxulu anlar yaşandı - VİDEO
Xanım sürücü qazla tormozu səhv salıb 13 yaşlı uşağı vurdu - VİDEO
Yaşayış zonasında “hoqqa” verən yeniyetmə sürücü qəza törətdi - ANBAAN VİDEO
Qadın sürücü "Range Rover"i aşırdı; xəsarət alanlar var - Bakı-Qazax yolunda qəza – VİDEO
Binanın girişini bağlayan şəxs xanım sürücü imiş - Sakinlər maşınsız qaldı - VİDEO
Sürət yarışına çıxan sürücülər yolu bir-birinə qatdı - VİDEO
“Land Rover”lə toqquşmamaq üçün sürücü maşını bordürə çırpdı, sonra… - VİDEO
"Gelandewagen"də ad gününü qeyd edən azyaşlı tapıldı - ATASI CƏRİMƏLƏNDİ - VİDEO
Yol polisi yoxlamadan qaçan skuterli kuryeri yıxaraq saxladı - VİDEO
Yolayrıcında ağır qəza; yenə "Prius" - Günah kimdədir? – Ekspert İZAH ETDİ - VİDEO










