Elektriklə işləyən taksinin qəfil yanması ilə bağlı RƏSMİ AÇIQLAMA - VİDEO

Avtosfer TV 5 Avqust 2024 17:09 Oxunub 260
Elektriklə işləyən taksinin qəfil yanması ilə bağlı RƏSMİ AÇIQLAMA  - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Səbail rayonu, M.Hüseynov küçəsində "LEVC" markalı avtomobildə baş vermiş yanğın qısa müddətdə söndürülüb.

Bu barədə Avtosfer.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

"Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonu, M.Hüseynov küçəsində avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub. Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş tədbirlər sayəsində "LEVC" markalı avtomobildə baş vermiş yanğın qısa müddətdə söndürülüb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub", - deyə məlumatda bildirilib.

***

Bu gün Səbail rayonunda elektriklə işləyən avtomobil qəfildən alışıb.

Avtosfer.az xəbər verir ki, hadisə səhər saat 10-11 radələrində "Intourist Hotel"in qarşısında baş verib.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları cəlb olunublar. Hadisənin təfərrüatı ilə bağlı hələlik hər hansı rəsmi məlumat verilməyib.

Videonu təqdim edirik:

(oxu.az)

ŞƏRH YAZ
Ad

E-mail

Şərh