Əli yox, ayağı yox, maşın sürüb təhlükə yaradır - VİDEO
Avtosfer TV 10 May 2022 13:29 Oxunub 8860
Əli yox, ayağı yox, maşın sürüb təhlükə yaradır  - VİDEO

Sosial şəbəkələrdə həyat yoldaşı tərəfindən çiynində daşınması ilə tanınan əlil Elnur Əfəndiyevin sosial şəbəkələrdə yeni videosu yayılıb. Avtosfer.az xəbər verir ki, Elnur avtomobil idarə edib və videosunu çəkərək sosial şəbəkələrdə yayıb. Nəqliyyat eksperti Elməddin Muradlı Avtosfer.az-a bildirib ki, Elnurun bu cür avtomobil idarə etməsi təhlükəlidir. "Hər hansı bir vəziyyət yaranarsa qəza ola bilər. Videodan da görünür ki, onun əlləri yoxdur və sükanı qolu ilə tutub. Bu isə sürücünün manevr imkanlarını çətinləşdirir. Həmçinin nəzərə alsaq ki, həm də qaz və əyləci də qolları idarə edir ki, bu ikiqat təhlükədir."
Ekspert deyir ki, xarici ölkələrdə hətta bir barmağı olmayan şəxslərə belə sürücülük vəsiqəsi verilmir: "Biz Elnurun yenidən həyata tutunmasını alqışlayırıq. Amma bu vəziyyətdə avtomobil idarə etməsi ilk növbədə onun özünə təhlükədir. Diqqət etsəniz nə özü, nə həyat yoldaşı nə də övladı təhlükəsizlik kəmərindən istifadə etmir. Hər hansı bir qəza olarsa bu ailə faciəsi ilə nəticələnə bilər. Tövsiyə edirik ki, Elnur avtomobil idarə etməsin. Yaxşı olar ki, onun yükünü daim çəkən həyat yoldaşı bu missiyanı da öz üzərinə götürsün."

Fərid

ŞƏRH YAZ
Ad

E-mail

Şərh