“Əlil” nişanı olan avtomobilin sürücüsü ard-arda qayda pozdu - 21-BX-963 - VİDEO

Paytaxtın Atatürk prospektində qayda pozan sürücü avtomobilin kamerasına düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə dekabrın 16-da saat 17:35 radələrində qeydə alınıb. Belə ki, 21-BX-963 dövlət nömrə nişanlı “Khazar” markalı avtomobilin sürücüsü ard-arda yol hərəkəti qaydalarını pozub.
Kadrlardan görünür ki, tıxacda gözləmək istəməyən sürücü təhlükəsizlik adacığının üzərinə çıxıb və sol zolaqda dayanmış avtomobilə məhəl qoymadan həmin zolağa manevr edib. Bu davranış həm görüntünü qeydə alan sürücünün hərəkətinə əngəl törədib, həm də qəza riskini artırıb. Təhlükəylə üzləşən sürücü sözügedən avtomobildə “əlil” tanınma nişanının olduğunu vurğulayaraq onun qaydalara daha məsuliyyətli yanaşmalı olduğunu bildirib.
Qeyd edək ki, təhlükəsizlik adacığı və digər hərəkət zolaqları yalnız nəzərdə tutulduğu məqsəd üçün istifadə edilməlidir. “Əlil” tanınma nişanı olan avtomobillər üçün müəyyən güzəştlər nəzərdə tutulsа da, bu, qayda pozuntularına əsas vermir.
Nərmin
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO
Masallı yolunda yük maşınlarını daşqalaq etdilər - VİDEO












