Ən çox qar bu rayonlara yağıb - VİDEO

Avtosfer TV 14 Yanvar 2024 23:20 Oxunub 730
Ən çox qar bu rayonlara yağıb  - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Yanvarın 13-dən ölkə ərazisində qarlı və şaxtalı hava şəraiti müşahidə olunur.

“Qafqazinfo” xəbər verir ki, ən yüksək yağıntı respublikanın cənub ərazilərində qeydə alınıb.

Hava şəraiti ilə əlaqədar Lənkəran, Lerik, Yardımlı və Cəlilabadda da polis əməkdaşları da gücləndirilmiş iş rejimində fəaliyyət göstərirlər.

Belə ki, yollarda hərəkət iştirakçılarının təhlükəsizliyi məqsədilə polis əməkdaşları xidmətə cəlb olunublar.

Köməyə ehtiyacı olan sürücü və piyadalara polislər tərəfindən köməklik edilərək onların təhlükəsiz mənzil başına çatmaları təmin edilir.

 



ŞƏRH YAZ
Ad

E-mail

Şərh