Ermənilər Kəlbəcərdə Azərbaycan maşınlarının yolunu kəsdi, rus general qadağa qoydu - VİDEO
Avtosfer TV 19 Yanvar 2021 14:02 Oxunub 1680
Ermənilər Kəlbəcərdə Azərbaycan maşınlarının yolunu kəsdi, rus general qadağa qoydu - VİDEO

Qarabağda yaşayan ermənilər Azərbaycanın Kəlbəcər rayonunun Heyvalı kəndi yaxınlığında aksiya keçiriblər. Avtosfer.az erməni KİV-ə istinadla xəbər verir ki, onlar ərazidə yolu bağlayıblar. Ermənilər Xankəndi-Vardenis yolundan istifadə etməyə icazə verilməsini istəyirlər. “Azərbaycana məxsus avtomobillər bu yoldan istifadə edirlər. Bu yolla Vardenisə 60 kilometrdir. Əgər bizə bu yoldan istifadə etməyə icazə verilməsə, yəqin ki, biz yenə belə aksiyalar keçirəcəyik” – deyə aksiya iştirakçılarından biri bildirib.

Hadisə yerinə gələn Rusiya sülhməramlıları ilə danışıqlardan sonra ermənilər yolu açmağa məcbur olublar.

Ermənilər rus sülhməramlılarına şikayət edib ki, guya azərbaycanlı hərbçilər yoldan keçəndə onlara qarşı alçaldıcı jestlər edərək onların əsəbləri ilə oynayırlar. Etirazçılar sülhməramlılardan bu cür hərəkətlərə nəzarət etməyi xahiş ediblər.

Ermənilərin yolu kəsərək asayişi pozmalarına heç bir etiraz ifadə etməyən və danışığında “Artsax” ifadəsi işlədən rus general ərazidə heç bir təxribata yol verməyəcəklərini bildirərək ermənilərə izah edib ki, Heyvalıdan keçən azərbaycanlı hərbçilər yox, tikinti şirkəti əməkdaşlarıdır. “Onlar artıq belə hərəkətlər etməmək haqda xəbərdar olunub. Onlara buradan keçəndə telefon işlətməyi də qadağan etmişəm…” -deyə Rusiya generalı əlavə edib. O, ermənilərə gec-tez sovet dövründə olduğu kimi, azərbaycanlılarla dinc yanaşı yaşayacaqlarını izah edərək “Yaşasın Sovet İttifaqı!” söyləyib.

 

Fərid

ŞƏRH YAZ
Ad

E-mail

Şərh