Etibarnamə ilə avtomobil aldı, başına gəlməyən qalmadı - VİDEO

Etibarnamə ilə avtomobil aldı, başına iş gəldi. Avtomobili sürə bilməmiş nəqliyyat vasitəsinin üzərinə həbs qoyuldu.
Ağcabədi sakini Allahverən Hacıyev 2 il öncə paytaxtdakı avtomobil bazarından etibarnamə ilə maşın alıb. 10 aydan sonra ona polis bölməsindən zəng edilib və maşının üzərinə həbs qoyulduğu bildirilib.
Allahverən Hacıyev baş verənlərdən sonra maşının əvvəlki sahibini axtarmağa başlayıb. Həmin şəxs də iddia edib ki, onun avtomobilin ilk sahibinə heç bir borcu olmayıb. Sadəcə olaraq avtomobilin sahibi olan həmin xanım vəziyyətdən sui-istifadə edir.
Məsələ ilə bağlı hüquqşünas Babək Həmidov bildirib ki, ilk öncə hər bir vətəndaş qanunvericiliyin tələbinə uyğun olaraq alqı-satqı müqaviləsi bağlamalıdır.
Hüquqşünas həmçinin əlavə edib ki, bu vəziyyətdə şikayətçi avtomobili aldığına dair sübutları varsa bu zaman məhkəmədə öz haqqını tələb edə bilər.
Polisdən qaçan məktəbli qız avtomobili hasara çırpdı – Anası cərimələndi - VİDEO
“Bolt” taksi qiymətlərini artırdı; regiondan asılı olaraq dəyişəcək - VİDEO
Sürücülərin diqqətinə: Sığorta müddətinin nə vaxt bitdiyini öyrənmək mümkündür – RƏSMİ - VİDEO
Motosikletlə bütün qaydaları pozan sürücü saxlanıldı – 3 min manat cərimələndi - VİDEO
Sürücü video yayıb sual verdi – Bu halda qayda pozuram ya yox? - VİDEO
TƏBİB təcili yardıma yol verən sürücülərin yeni görüntülərini yaydı - VİDEO
Ata marketə getdi, 6 yaşlı uşaq maşını sürüb qəza törətdi - VİDEO
Maşının arxasından çıxan qadın qəzadan belə qurtuldu - ANBAAN VİDEO
Güzgüsüz “AzSamand”la qəza törədən sürücü vurduğu ziyanı da ödəmədi - VİDEO
Vəsiqəni və avtomobili yeni alan sürücü qəza törətdi – Qazla tormozu səhv salıb - VİDEO
“Bolt” sürücü-sərnişin münasibətlərini necə tənzimləyir? – Şirkət nümayəndəsi AÇIQLADI - VİDEO










