Etibarnamə ilə avtomobil satan şəxsin başına İŞ GƏLİB - VİDEO

Avtosfer TV 2 Mart 2024 21:18 Oxunub 2978
Etibarnamə ilə avtomobil satan şəxsin başına İŞ GƏLİB - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Etibarnamə ilə avtomobil satan şəxs ödənilməyən cərimələrə görə sürücülük vəsiqəsini dəyişə bilmir. Avtosfer.az xezerxeber.az-a istindən xəbər verir ki, belə bir problemlə Masallının Qızılağac kənd sakini Rafiq Həsənov üzləşib. O deyir ki, özünə məxsus ''44 - CF- 825'' dövlət qeydiyyat nişanlı avtomobili 2021-ci ildə etibarnamə ilə Masallının Boradigah qəsəbəsində yaşayan bir nəfərə satıb.

Onun sözlərinə görə, yaşı ilə əlaqəli bu ilin yanvar ayında sürücülük vəsiqəsini dəyişdirmək istəyib.

Masallı "ASAN xidmət" mərkəzində bildirilib ki, onun adına olan avtomobilin 80 manat cəriməsi var. Sürücülük vəsiqəsini yalnız bu cəriməni ödədikdən sonra dəyişdirə bilər.

Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinə müraciət etdik. İdarənin inspektoru Elvin Hacıyev bildirdi ki, cərimələrin mülkiyyətçiyə gəlməsinə səbəb verilmiş etibarnamənin müddətinin bitməsidir.

Onun sözlərinə görə, belə hallarda nəqliyyat vasitəsinin mülkiyyətçisinin rəsmi müraciəti əsasında məsələyə baxılır və problemin aradan qaldırılması üçün qanunauyğun tədbirlər görülür.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

ŞƏRH YAZ
Ad

E-mail

Şərh