Evi təmir edərkən usta yaralansa, yaxud ölsə, kim məsuliyyət daşıyır? – HÜQUQŞÜNASDAN AÇIQLAMA - FOTO

Hazırda bir çox evlərdə, binalarda təmir işləri aparılır, məişət əşyalarının quraşdırılması həyata keçirilir. Bəzən bu, adi bir məişət texnikasının təmiri ola bilər, bəzən isə daha mürəkkəb və təhlükəli işlər, məsələn, 20 mərtəbəli binanın pəncərəsinin yanına kondisioner quraşdırılması və ya həyət evlərinin dam örtüyünün dəyişdirilməsi kimi proseslər ola bilər. Belə hallarda ev sahibləri mütləq şəkildə mütəxəssis, usta dəvət edir.

Sosial şəbəkələrdə bəzən belə təhlükəli vəziyyətdə çalışan ustalar görürük. Bəlkə də onlar düşünürlər ki, heçnə olmaz, amma qəza ani baş verə bilər. İstər ev yiyəsinin məcburiyyəti üzərinə, istərsə də öz istəyi ilə təhlükəli həll yolu varsa, hər iki tərəf bu məsələyə müsbət yanaşmalı deyil. Bu tip təmir və montaj işləri zamanı təhlükəsizlik məsələləri ön planda tutulmalıdır. Həm ev sahibi, həm də işi yerinə yetirən usta öz məsuliyyətlərini bilməli və ciddi şəkildə nəzərə almalıdır. Çünki ən kiçik ehtiyatsızlıq, təhlükəsizlik qaydalarına əməl etməmək ciddi qəzaların, hətta ölüm hallarının baş verməsinə səbəb ola bilər.
Bəs belə hallarda baş verə biləcək hadisəyə görə hüquqi məsuliyyət kimə aiddir? Ev sahibinə, yoxsa ustaya?

Məsələ ilə bağlı hüquqşünas Ramil Süleymanov saytımıza bildirib ki, evə çağırılan ustalarla ev sahibi arasında, əslində, faktiki podrat münasibətləri formalaşır. Bu zaman tərəflər arasında yazılı müqavilə olmadığı üçün münasibətlər əsasən adət və ənənələrə uyğun tənzimlənir.
"Belə hallarda təhlükəsizlik məsələsinə görə məsuliyyət, adətən, ustaların və ya briqadanın öz üzərində olur. Əgər iş zamanı hər hansı bir zərər və ya xəsarət baş verərsə, yazılı razılaşma olmadığı halda, bu zərərə görə məsuliyyət də birbaşa həmin şəxsin yəni ustanın öz üzərinə düşür. Lakin əgər tərəflər arasında yazılı müqavilə bağlanıbsa və həmin müqavilədə təhlükəsizlik tədbirlərinə riayət edilməsi ilə bağlı öhdəliyi sifarişçi, yəni ev sahibi üzərinə götürübsə, bu halda baş verən hər hansı bir hadisə zamanı məsuliyyət artıq sifarişçinin üzərində olur".
Fidan
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO
Masallı yolunda yük maşınlarını daşqalaq etdilər - VİDEO
Yeni Günəşlidə iki nəfər buna görə dalaşırmış - VİDEO












