Əyləci sıradan çıxan yük maşını dəşhət saçdı – ANBAAN VİDEO

Avtosfer TV 5 Avqust 2024 20:51 Oxunub 232
Əyləci sıradan çıxan yük maşını dəşhət saçdı – ANBAAN VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Türkiyənin Kocaeli bölgəsində əyləcində nasazlıq yaranan yük maşını 4 minik avtomobilini əzib. Avtosfer.az xəbər verir ki, hadisə avqustun 5-də Başiskele rayonunda baş verib.

Məlumata görə, Z.A.-nın idarə etdiyi 41-UF-395 dövlət qeydiyyat nömrə nişanlı “Ford” markalı yük maşını, əyləcində yaranmış nasazlıq səbəbindən sürücünün idarəetməsindən çıxıb. Əvvəlcə səkiyə çıxan yük maşını istiqamətverici lövhəni aşırıb, daha sonra isə əks yola hərəkət edərək park vəziyyətində olan 4 minik avtomobilini əzib v’ sonda iri ağaca dəyərək dayanıb.

Qəza nəticəsində yük maşınının sürücüsü xəsarətlər alıb. Yaralı, hadisə yerinə cəlb edilən ambulansla xəstəxanaya aparılıb.

 

Namiq Musayev

ŞƏRH YAZ
Ad

E-mail

Şərh