“Əzrayıla rəqib Çita” ləqəbli sürücü - Mopedi axına qarşı sürüb ölümə gedir - VİDEO

Bakı küçələrində ciddi təhlükə yaradan sürücü özünü videoya çəkərək sosial şəbəkə hesabında paylaşıb.
Avtosfer.az-ın məlumatına görə, “Çita” ləqəbli sürücü mopedlə yolda kobud qayda pozuntuları törədərək həm öz həyatına, həm də digər hərəkət iştirakçılarına qəza şəraiti yaradıb.
Qeydə alınmış kadrlardan da göründüyü kimi, o, mütəmadi olaraq qoşa xəttin tələbini pozaraq əks istiqamətli yola çıxıb və axına qarşı hərəkət edib. Hətta sürücü qarşı tərəfdən gələn maşınlarla toqquşmaqdan son anda yayınıb. Eyni zamanda o, sürət həddini aşan avtomobillərin arasından keçərək təhlükəyə səbəb olub.
Təəssüflə bildirək ki, sürücülər mopedlərin nömrəsiz sürülməsindən sui-istifadə edirlər. Bu cür sürücülər qəza təhlükəsi yaratmaqla yanaşı gənc nəslin nümayəndələrinə də pis örnək olurlar. Onlar “şou” xarakterli videolar çəkmək üçün ölümlə üzləşməyi gözə alırlar. Lakin belə sürücülərin sayının artması artıq mopedlərin də qeydiyyata alınaraq dövlət nömrə nişanıyla təmin edilməsini labüdləşdirir.
Qeyd edək ki, sözegedən sürücü sosial şəbəkə hesabında “Ölülər sürətli sürür, biri də mən olacam” ifadəsini yazıb.
Nərmin
Skuterlə təhlükə yaradan azyaşlının valideynləri bölməyə çağırıldı - VİDEO
Kuryer qadın sürücünün qarşısını kəsib döydü, başqa sürücü də onu əzişdirdi - VİDEO
Xanım sürücü qazla tormozu səhv salıb 13 yaşlı uşağı vurdu - VİDEO
Yaşayış zonasında “hoqqa” verən yeniyetmə sürücü qəza törətdi - ANBAAN VİDEO
Qadın sürücü "Range Rover"i aşırdı; xəsarət alanlar var - Bakı-Qazax yolunda qəza – VİDEO
Binanın girişini bağlayan şəxs xanım sürücü imiş - Sakinlər maşınsız qaldı - VİDEO
Sürət yarışına çıxan sürücülər yolu bir-birinə qatdı - VİDEO
“Land Rover”lə toqquşmamaq üçün sürücü maşını bordürə çırpdı, sonra… - VİDEO
"Gelandewagen"də ad gününü qeyd edən azyaşlı tapıldı - ATASI CƏRİMƏLƏNDİ - VİDEO
Yol polisi yoxlamadan qaçan skuterli kuryeri yıxaraq saxladı - VİDEO
Yolayrıcında ağır qəza; yenə "Prius" - Günah kimdədir? – Ekspert İZAH ETDİ - VİDEO










