Fermer tankdan 2,5 milyon dəyərində qızıl tapdı – VİDEO

Britaniyalı kolleksioner Nik Mid “eBay”dan 37 min dollara aldığı keçmiş SSRİ istehsalı olan “T-54” tankının yanacaq çənində 5 qızıl külçə aşkarlayıb. Avtosfer.az faktxeber.com-a istinadən xəbər verir ki, Mid döyüş sursatları axtarmaq üçün tankı sökərkən qızıllara rast gəlib. O, tankın yanacaq çəninin qapağının altında hər biri 5 kq olan qızıl külçələr aşkarlayıb. İlkin qiymətləndirməyə görə, onlar 2,5 milyon dəyərindədir. “Biz nə edəcəyimizi bilmirdik. Axı 5 qızıl külçə ilə sadəcə banka yaxınlaşmaq olmaz. Bu səbəbdən polisə müraciət etdik”, - deyə Mid vurğulayıb. Polis qızılları müsadirə edib. “Mən bu qızılların bir hissəsini belə almasam, gözəl tankım məndə qalır”, - deyə Mid bildirib. Kolleksioner vurğulayıb ki, aldığı tank İraq Silahlı Qüvvələrinə məxsus olub və 90-cı illərin əvvəlində Fars körfəzində müharibədə istifadə edilib. Sonra Beynəlxalq Koalisiya Qüvvələrinin əlinə keçib və Böyük Britaniyaya gətirilib. Mid hesab edir ki, iraqlı əsgərlər Küveytin xəzinəsindən aldıqları qızılları tankın çəninin altında gizlədiblər.
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO












