“Formula 1” xeyir verir, təşkilatçıları isə ziyan: yolları özbaşına bağlayırlar - VİDEO

Avtosfer TV 18 Aprel 2023 13:29 Oxunub 1958
“Formula 1” xeyir verir, təşkilatçıları isə ziyan:  yolları özbaşına bağlayırlar  - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Avtosfer.az saytının rəhbəri nəqliyyat ekperti Elməddin Muradlı şəxsi “Facebook” hesabında canlı yayım açaraq, son dönəmlərdə paytaxt Bakıda tıxacın artması mövzusuna toxunub. Ekspertin sözlərinə görə, Bakı Şəhər Halqasının, yəni “Formula 1 Azerbaijan Grand PRIX”in təşkilatçıları, digər dövlət qrumlarlını saymadan, özbaşınalıq edərək yollarda hərəkəti məhdudlaşdırır və istiqaməti dəyişir. Xəbərdarlıq edilən vaxta bir neçə gün qalmış yolları bağlayır və nəticədə belə hallarla qarşılaşırıq.

““Formula 1” təşkilatçıları özbaşınalığa son qoymalı, təyin edilmiş qrafikə əsasən hərəkət etməli, eyni zamanda Bakı şəhərində hərəkətin təşkili və təhlükəsizliyinə cavabdeh olan dövlət qrumları ilə yəni, Bakı Nəqliyyat Agentliyi və Dövlət Yol Polisi İdarəsi ilə qarşılıqlı əməkdaşlıq etməlidirlər.”

Ekspert, özbaşına yol bağlamaq, istiqamət dəyişməyin onların ixtiyarında olmadığını və belə bir halın mümkünsüz olduğunu da vurğulayıb.

Sonda Elməddin Muradlının sözlərini əsas götürərək, üzümüzü Bakı Şəhər Halqasının icraçı direktoru cənab Maqsud Fərzullayevə tuturuq. Bu layihənin məqsədi Azərbaycan xalqının mədəni və maddi vəziyyətlərinin düzəldilməsi üçün nəzərdə tutulub, onların işlərini çətinləşdirib əsəblərini sıradan çıxartmaq üçün deyil. Odur ki,  ixtiyarınızda olmayan qərarlar verməsəniz daha yaxşı olar.

Nurlan Sakitoğlu

ŞƏRH YAZ
Ad

E-mail

Şərh