Banner

Füzulidə avtoxuliqanlıq edən sürücü özünü belə reklam etdi - VİDEO

Avtosfer TV 10 Sentyabr 2022 18:40 Oxunub 4834
Füzulidə avtoxuliqanlıq edən sürücü özünü belə reklam etdi - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Füzulidə sürücü təhlükəli manevrlər edərək yol hərəkəti qaydalarını kobud şəkildə pozub. Avtosfer.az xəbər verir ki, bu barədə sürücü özü sosial şəbəkə hesabında video paylaşıb.

Görüntülərdən aydın olur ki, 99-US-062 qeydiyyat nişanlı, "VAZ-2107" markalı avtomobilin sürücüsü maşına sayrışan işıqlar quraşdıraraq yollarda törətdiyi avtoxuliqanlıq əməllərini cəmiyyətə "qəhrəmanlıq" kimi təqdim edir. 

Qeyd edək ki, bu kimi hallara yol verilməsi ağır qəzalara, hətta insan ölümünə gətirib çıxara bilər. Düşünmək lazımdır ki, sosial şəbəkədə yayılmış bu video əsasən azyaşlıların maraq dairəsindədir. Ümid edirik ki, Dövlət Yol Polisi İdarəsi sürücünü sərt şəkildə cəzalandıracaq.

Yunis İsrafilov 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh