Gecə Bakıda baş verən təxribatın pərdəarxası və REAL VİDEO
Avtosfer TV
15 İyul 2020 11:48
İTV gecə Bakıda baş verən təxribat haqqında süjet hazırladı
Gecə saatlarında yürüş iştirakçıları Şəhidlər Xiyabanının yanında toplaşaraq dövlətə və orduya dəstək şüarları səsləndirib. Avtosfer.az xəbər verir ki, İctimai Televiziyanın yürüş yerindən hazırladığı reportajda bildirilir ki, yürüş iştirakçıları Qarabağ uğrunda müharibəyə hazır olduqlarını qeyd ediblər. Polis qeyri-qanuni aksiyaya müdaxilə etməyib. Təxminən gecə saat 2 radələrində insanların böyük bir hissəsi dağılışsa da, Şəhidlər Xiyabanı və Milli Məclisin qarşısındakı meydanı tərk etməyənlər də olub. Tribunaya çıxan Müdafiə Nazirliyinin rəsmiləri toplaşanları orduya dəstəyə görə minnətdarlıqlarını bildirib.
Lakin bundan sonra baş verənlər nə aksiyanın məğzinə, nə də bu insanların səsləndirdiyi Qarabağın azad edilməsi şüarlarına uyğun gəlməyib. İşğal edilmiş torpaqların azad edilməsini tələb edən bir qrup insan niyəsə Qarabağa gedən yolun Milli Məclisin binasının şüşələrini sındıraraq qanunverici orqana daxil olmaqda görüb. Baş verənlər polisi hərəkətə keçməyə vadar edib. Asayiş keşikçiləri aksiya iştirakçılarına xəbərdarlıq edərək dağılışmağa tələb ediblər. Bu çağırışa əməl edilmədikdə polis əvvəlcə parlamentin binasına daxil olaraq qanunverici orqanı zəbt etməyə çalışan insanları saxlamağa başlayıb. Milli Məclisin qarşısındakı meydan xüsusi vasitələrdən istifadə edilməklə boşaldılması başlanılıb.
Reportajda aksiya iştirakçılarının bir neçə polis avtomobilinə, o cümlədən iki avtobusa ziyan vurduğu da deyilir.
Polis qısa zaman ərzində ərazidə asayişi bərpa etməyə müvəffəq olub. Qarabağa azadlıq və orduya dəstək şüarları hansısa qüvvələrin təxribatının nəticəsində dövlət orqanlarının binasına hücum və iğtişaşla nəticələnib. Sadə insanların milli birlik və vətənpərvərlik göstərişini bir qrup insan kiminsə sifarişiylə puç edib.
Oxunub 1568
DİGƏR XƏBƏRLƏR
16 Fevral 2026 17:48
Özbəkistanda yeni seriya nömrə - ANT - VİDEO
12 Fevral 2026 22:03
Polisdən qaçan məktəbli qız avtomobili hasara çırpdı – Anası cərimələndi - VİDEO
11 Fevral 2026 09:00
“Bolt” taksi qiymətlərini artırdı; regiondan asılı olaraq dəyişəcək - VİDEO
10 Fevral 2026 20:24
Sürücülərin diqqətinə: Sığorta müddətinin nə vaxt bitdiyini öyrənmək mümkündür – RƏSMİ - VİDEO
10 Fevral 2026 20:06
Motosikletlə bütün qaydaları pozan sürücü saxlanıldı – 3 min manat cərimələndi - VİDEO
10 Fevral 2026 13:44
Sürücü video yayıb sual verdi – Bu halda qayda pozuram ya yox? - VİDEO
10 Fevral 2026 12:44
TƏBİB təcili yardıma yol verən sürücülərin yeni görüntülərini yaydı - VİDEO
9 Fevral 2026 20:06
Ata marketə getdi, 6 yaşlı uşaq maşını sürüb qəza törətdi - VİDEO
9 Fevral 2026 17:00
Maşının arxasından çıxan qadın qəzadan belə qurtuldu - ANBAAN VİDEO
9 Fevral 2026 15:30
Güzgüsüz “AzSamand”la qəza törədən sürücü vurduğu ziyanı da ödəmədi - VİDEO
6 Fevral 2026 20:15
Vəsiqəni və avtomobili yeni alan sürücü qəza törətdi – Qazla tormozu səhv salıb - VİDEO
6 Fevral 2026 20:06
“Bolt” sürücü-sərnişin münasibətlərini necə tənzimləyir? – Şirkət nümayəndəsi AÇIQLADI - VİDEO
ŞƏRH YAZ










