Avtosfer.az | Reklam
Gecənin ən bahalı qəzası; “Ferrari” drift edən “BMW”yə çırpıldı – ANBAAN VİDEO
Avtosfer TV 15 Sentyabr 2020 12:24 Oxunub 1246
Gecənin ən bahalı qəzası;  “Ferrari” drift edən “BMW”yə çırpıldı – ANBAAN VİDEO

Ən bahalı yol qəzalarından biri gecə saatlarında Rusiyanın Sankt-Peterburq şəhərində baş verib. Avtosfer.az xəbər verir ki, “Ferrari” və “BMW” markalı avtomobillərin iştirakı ilə baş verən yol qəzasının görüntüləri Primorsk rayonu ərazisində qeydə alınıb.

Kadrlarda, yerindən driftlə hərəkət edən “BMW”nin yan zolağa manevr edərək keçdiyi və bu zaman sürətlə hərəkətdə edən “Ferrari”nin ona çırpıldığı görülür.

Zərbənin təsirindən alman maşını əks zolağa hərəkət edir.

Bildirilir ki, qəza nəticəsində xəsarət alan olmayıb, ancaq avtomobillərə ciddi ziyan dəyib.

 

Namiq Musayev

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh