Gecənin qaranlığından istifadə edən sürücülər - VİDEO

Avtosfer TV 24 Fevral 2024 20:20 Oxunub 4566
Gecənin qaranlığından istifadə edən sürücülər  - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Paytaxtın müxtəlif ərazilərində sürücülər gecənin qaranlıq saatlarından istifadə edərək avtomobillərini velosiped zolaqlarında saxlayırlar.

Baku TV-nin əməkdaşı sözügedən velosiped zolaqlarında avtomobil park edən sürücülərdən bir neçəsi ilə söhbət aparıb.

Onların əksəriyyəti əməllərinin qanunla qadağan olunduğundan və cərimələnə biləcəklərindən xəbərdar olsalar da, avtomobillərini velosiped zolağında müvəqqəti saxladıqlarını deyərək özlərini müdafiə etməyə çalışıblar. 

“Bilirəm ki, burada avtomobil park etmək olmaz. Amma axşamdır, boşluq olur. Maşını elə saxlamışam ki, kamera çəkməsin”, - sürücü deyib.

Ətraflı Baku TV-nin videosunu təqdim edirik:

ŞƏRH YAZ
Ad

E-mail

Şərh