Banner

“Gelandewagen”lə toqquşan “Volkswagen Polo” bu hala düşdü; yaralılar var - VİDEO

Avtosfer TV 6 Oktyabr 2025 23:06 Oxunub 866
“Gelandewagen”lə toqquşan “Volkswagen Polo” bu hala düşdü; yaralılar var - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Yol hərəkəti qaydasını pozan sürücü ağır yol qəzasına səbəb olub. Avtosfer.az xəbər verir ki, Dağıstanda baş verən hadisənin görüntüləri təhlükəsizlik kamerası tərəfindən qeydə alınıb.

Belə ki, Mahaçqalada “Volkswagen Polo” markalı avtomobilin sürücüsü 1.1 xəttini tələbini pozaraq manevr edib və 41 yaşlı sürücünün yüksək sürətlə idarə etdiyi “Mercedes Gelandewagen” markalı avtomobillə toqquşub.

Zərbənin təsirindən “Volkswagen” deformasiyaya uğrayıb.

Qəza nəticəsində “Polo”nun sürücüsü və onun 18 yaşlı iki qadın sərnişinləri ağır xəsarətlə xəstəxanaya yerləşdiriliblər.

Sözügedən hadisənin videosunu təqdim edirik:

Namiq Musayev

ŞƏRH YAZ
Ad

E-mail

Şərh