Gəldiyi sürətlə dairəyə girən sürücü qəza törətdi - 10-KD-012 - VİDEO

Bakıda yol hərəkəti qaydasını pozan sürücü qəzaya səbəb olub. Avtosfer.az xəbər verir ki, hadisə mayın 30-da, paytaxtın Sadıqcan küçəsi ilə Səməd bəy Mehmandarov küçəsinin kəsişməsində qeydə alınıb. Belə ki, 10-KD-012 qeydiyyat nişanlı "Mercedes S Class" markalı avtomobilin sürücüsü dairəvi hərəkət təşkil edilmiş yolayrıcına daxil olan zaman qaydaları pozub. O, üstünlüyə malik olan 90-FD-228 qeydiyyat nişanlı "Mercedes C Class" markalı avtomobilin sürücüsünə yol verməyərək qəzaya səbəb olub. Hadisə nəticəsində hər iki avtomobilə maddi ziyan dəyib.
"Yol hərəkəti haqqında" qanunun 42-ci maddəsinin XV hissəsində qeyd olunub ki, dairəvi hərəkət təşkil olunmuş yolayrıcına daxil olan sürücü dairədə hərəkət edən nəqliyyat vasitələrinə yol verməlidir.
Sözügedən videonu təqdim edirik.
Fərid
Dünyanın daha bir nüfuzlu şin markası - Niderland mənşəli "Vredestein" Azərbaycan bazarına daxil olur - VİDEO
Ziya Bünyadovda sürücülər tıxacdan yayınmaq üçün səkini yola çevirdilər - VİDEO
Novxanıda avtobus yolunu dəyişdi - Sərnişinlər dəniz mənzərəsi ilə getdi - VİDEO
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO












