Gəncədə 10 yaşlı uşaq sükan arxasında ad gününü qeyd etdi; araşdırma başlanıldı - VİDEO

DİN-in Mətbuat Xidmətinin regional qrupundan Avtosfer.az-a bildirilib ki, görüntülərlə bağlı polis əməkdaşları tərəfin araşdırma aparılır, məsələyə hüquqi qiymət veriləcək.
***
Son vaxtlar yetkinlik yaşına çatmayan şəxslərin sükan arxasına keçərək ad günlərini qeyd etməsi ilə bağlı görüntülər sosial şəbəkələrdə geniş yayılıb.
Avtosfer.az xəbər verir ki, bu cür videolarda azyaşlılar sürücülük vəsiqəsi olmadan valideynlərinə, yaxud yaxınlarına məxsus avtomobilləri idarə edir, hərəkətdə olan nəqliyyat vasitəsi ilə ad günü tortuna yaxınlaşaraq üzərindəki şamları söndürməklə “qeyd etmə” mərasimi keçirirlər. Bəzi hallarda isə sükan arxasında daha kiçik yaşlı uşaqların əyləşdiyi müşahidə olunur.
İlk baxışdan əyləncə və ya uşaqlıq arzusu kimi təqdim olunan bu davranış əslində həm qanunvericiliyin tələblərinə ziddir, həm də ciddi təhlükə mənbəyidir. Narahatedici məqam isə bu cür görüntülərin sosial platformalarda getdikcə artması və müəyyən mənada təqlid olunmasıdır.
Məsələ ilə bağlı növbəti görüntü “TikTok” sosial platformasında paylaşılıb.
Kadrlardan görünür ki, 10 yaşlı oğlan “VAZ-2107” markalı avtomobili idarə edərək ad günü tortuna yaxınlaşır və şamı dəyişir. Bu zaman avtomobilin ön sərnişin oturacağında yetkin şəxsin əyləşdiyi də aydın görünür.
Videoda diqqət çəkən digər məqam isə avtomobilin dövlət qeydiyyat nişanının çıxarılmış olmasıdır. Bu halın məsuliyyətdən yayınmaq məqsədi daşıdığı ehtimal edilir.
İddialara görə, hadisə Gəncə şəhərində lentə alınıb.
Nərmin
Sükan arxasında yuxulayan sürücü ağır qəza törətdi - 4 nəfər öldü - VİDEO
“Lada” sürücüsü qəfil manevr edərək süpürgəçini vurdu – Polis səbəbini araşdırır - VİDEO
Prospektdə xaos: Toy korteji yolu bağladı - VİDEO
Parkda “Lexus”la şou göstərən məktəbli saxlanılıdı - VİDEO
Süni intellektin nəqliyyatda tətbiqi sürücü xətalarının qarşısını ala bilər? - VİDEO
Dələduzun toruna düşən vətəndaş maşınları yandırıb cinayət törətdi - VİDEO
Böyükşor-Pirşağı yolunda yarışan “Mercedes” sürücüləri təhlükə saçdı - VİDEO
Polis piyadanı vurub qaçan sürücünü axtarır - VİDEO
Bir yolda 10 dəqiqə ara ilə iki ağır qəza – 2 ölü, 4 yaralı - VİDEO
Sərxoş şəxs oğurladığı avtomobillə qəza törədib - VİDEO
Bakıda nişansız yol təmiri qəza ilə nəticələndi - AAYDA şikayətə cavab vermir - VİDEO








