Gəncədə 10 yaşlı uşaq sükan arxasında ad gününü qeyd etdi - VİDEO

Avtosfer TV 4 May 2026 17:48
Gəncədə 10 yaşlı uşaq sükan arxasında ad gününü qeyd etdi   - VİDEO
WhatsApp kanalımıza abunə olun

Son vaxtlar yetkinlik yaşına çatmayan şəxslərin sükan arxasına keçərək ad günlərini qeyd etməsi ilə bağlı görüntülər sosial şəbəkələrdə geniş yayılıb.

Avtosfer.az xəbər verir ki, bu cür videolarda azyaşlılar sürücülük vəsiqəsi olmadan valideynlərinə, yaxud yaxınlarına məxsus avtomobilləri idarə edir, hərəkətdə olan nəqliyyat vasitəsi ilə ad günü tortuna yaxınlaşaraq üzərindəki şamları söndürməklə “qeyd etmə” mərasimi keçirirlər. Bəzi hallarda isə sükan arxasında daha kiçik yaşlı uşaqların əyləşdiyi müşahidə olunur.

İlk baxışdan əyləncə və ya uşaqlıq arzusu kimi təqdim olunan bu davranış əslində həm qanunvericiliyin tələblərinə ziddir, həm də ciddi təhlükə mənbəyidir. Narahatedici məqam isə bu cür görüntülərin sosial platformalarda getdikcə artması və müəyyən mənada təqlid olunmasıdır.

Məsələ ilə bağlı növbəti görüntü “TikTok” sosial platformasında paylaşılıb.     

Kadrlardan görünür ki, 10 yaşlı oğlan “VAZ-2107” markalı avtomobili idarə edərək ad günü tortuna yaxınlaşır və şamı dəyişir. Bu zaman avtomobilin ön sərnişin oturacağında yetkin şəxsin əyləşdiyi də aydın görünür.

Videoda diqqət çəkən digər məqam isə avtomobilin dövlət qeydiyyat nişanının çıxarılmış olmasıdır. Bu halın məsuliyyətdən yayınmaq məqsədi daşıdığı ehtimal edilir.

İddialara görə, hadisə Gəncə şəhərində lentə alınıb. 

Nərmin

Oxunub : 320
ŞƏRH YAZ
Ad

E-mail

Şərh