Gəncədə “Jiquli” ilə tozu dumana qatan “avtoş” sürücü saxlanıldı - RƏSMİ - VİDEO

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov Avtosfer.az-ın sorğusuna cavab olaraq bildirib ki, sözügedən avtomobilin sürücüsü Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində müəyyən edilib. Sürücü barəsində qanunamüvafiq tədbir görülüb və avtomobil mühafizə olunan duracağa müvəqqəti yerləşdirilib.
***
Gəncədə qaydaları kobud şəkildə pozan sürücü özünü videoya çəkərək sosial şəbəkə hesabında paylaşıb.
Avtosfer.az-ın məlumatına görə, 57-BD-880 dövlət nömrə nişanlı “VAZ-21013” markalı avtomobilin sürücüsü yolda sərt manevrlər edərək qəza riski yaradıb. Belə ki, əl əyləcindən istifadə edən sürücü avtomobili fırladaraq yolda drift edib. Bu zaman o, özüylə yanaşı videonu qeydə alan maşına və yolun kənarındakı piyadaya təhlükə yaradıb.
Digər görüntüdə isə, sürücü işıqfora məhəl qoymadan qırmızıda keçib.
Xatırladaq ki, sürücünün törətdiyi qayda pozuntusu avtoxuliqanlıqlıq göstəricilərinə əsaslandığı üçün İnzibati Xətalar Məcəlləsinin 511.1-ci maddəsiylə nizamlanır.
Nərmin
Yolun ortasında evakuator gözləyən sürücünü maşın vurub öldürdü - VİDEO
Oğurladığı motosikletlə polisdən qaçan gənc qəza törətdi - Düşüb piyada qaçdı - VİDEO
Qaranlıq yolda avtomobillərin üzərinə sürüb ölüm təhlükəsi yaratdılar - VİDEO
Polis rəisinin keçmiş müavini keçiddən keçən uşaqları vurdu – Həbs olunmadı - VİDEO
Bu küçədə aparılan xətlənmə çaşqınlıq yaratdı - AYNA izah verdi - VİDEO
“Bolt” gənclər üçün daha bir layihəyə start verib – ŞİRKƏTDƏN AÇIQLAMA - VİDEO
Maşın sürməyi öyrənən qadın başqa maşını vurdu - Sonra qaçdı - VİDEO
Qadın sürücü tüstüləyən maşınla “zapravka”ya girib şəkil çəkdirdi – Maşın bu hala düşdü - VİDEO
Yol polisini 300 metr sürüyən sərxoş sürücü saxlanıldı – 6 protokol yazıldı - VİDEO
Avtoxuliqanlıq edən yeniyetməyə qarşı cinayət işi açıldı; 7 ilədək həbs cəzası... - VİDEO
Gəncədə azyaşlıya maşın verən şəxs CƏZALANDIRILDI - VİDEO








