Gəncədə qəza törədən sürücüdən etiraf: “Saatda 120 ilə girdim” - VİDEO
Avtosfer TV
12 Noyabr 2025 17:30

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az-ın məlumatına görə, hadisə noyabrın 11-də axşam saatlarında Əziz Əliyev prospektində qeydə alınıb. Hərəkətdə olan 20-EP-979 dövlət nömrə nişanlı “VAZ-21011” markalı avtomobil yoldan çıxaraq qəzaya uğrayıb. Şahidlərin sözlərinə görə, qəzaya səbəb sürücünün sürət həddini aşması olub. Nəticədə o, idarəetməni itirərək avtomobili yol kənarındakı dirəyə çırpıb. Hadisə zamanı xəsarət alan olmasa da, avtomobil tamamilə yararsız hala düşüb.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub, qəzalı nəqliyyat vasitəsi evakuatorla ərazidən çıxarılıb.
Sürücü qəzanın görüntüsünü sosial şəbəkə hesabında paylaşıb və avtomobili 120 km/saat sürətlə idarə etdiyini etiraf edib.
Nərmin
Oxunub : 802
DİGƏR XƏBƏRLƏR
4 Mart 2026 20:06
Qadın sürücü qayda pozub qəza törətdi – Maşından düşüb asfalta çırpıldı - VİDEO
3 Mart 2026 20:06
Çörək daşıyan maşın motosiklet sürücüsünü keçiddə vurub öldürdü – ANBAAN VİDEO
3 Mart 2026 19:45
Nizamidə “Təhlükəsiz şəhər və məsuliyyətli şagird” adlı tədbir keçirildi - VİDEO
3 Mart 2026 13:23
Artıq Xırdalan yolunda tıxac olmayacaq - AYNA-dan AÇIQLAMA - VİDEO
3 Mart 2026 11:53
Normadan artıq yükə görə baş verən qəzaların görüntüləri yayıldı - ANBAAN VİDEO
2 Mart 2026 20:06
Özünü qadına bənzədən oğlan maşın oğurladı – Cərimələnib həbs edildi - VİDEO
2 Mart 2026 20:00
Qayda pozan sürücü motosikletçiyə təhlükə yaradıb nalayiq ifadələr işlətdi - VİDEO
2 Mart 2026 13:26
Xətti elə çəkiblər ki, geriyə dönənlərin çoxu cərimə olunur - DYP-dən AÇIQLAMA - VİDEO
28 Fevral 2026 18:38
"Tarqovı"da parklanma xaosu - Yanğınsöndürənlər hadisə yerənə çata bilmədi - VİDEO
27 Fevral 2026 20:06
Yeniyetmə “Hyundai”ı ağaca çırpdı; xilasedicilər maşından çıxardı, polis cərimələdi - VİDEO
27 Fevral 2026 17:30
Bu ərazilərdə taksilər şəxsi avtomobillərin əlindən dayanacaq tapa bilmir - VİDEO
26 Fevral 2026 23:06
Tanışını öldürmək üçün “killer” tutdu; o da polisə məlumat verdi – VİDEO
ŞƏRH YAZ








