Gəncənin yol problemi: Yağış yağan kimi hərəkət iflic olur - VİDEO - FOTO

Gəncə şəhəri dağılmış yol infraastrukturunun bərpası hələ də ləngiyir.
Bununla bağlı oxu.az-a müraciət edən Gəncə sakinləri məlumat veriblər.
Sakinlər qeyd edir ki, dəfələrlə məsələnin mətbuatda işıqlandırılmasına, aidiyyəti üzrə müraciətlər edilməsinə baxmayaraq, şəhərin yol problem həllini tapmayıb.
Onların sözlərinə görə, hərəkətin intensiv olduğu Süleyman Rəhimov, Təbriz, Əziz Əliyev, Tofiq Bağırov küçələri qəzalı vəziyyətdədir. Hətta durum o qədər bərbaddır ki, azca yağış yağan kimi həmin yollarda hərəkət iflic vəziyyətə düşür.
Adıçəkilən küçələrdən sakinlərin göndərdikləri foto və videoları təqdim edirik:
Görüntülərlə əlaqədar Gəncə Şəhər İcra Hakimiyyətindən Oxu.Az-ın sorğusuna cavab olaraq, bildirilib ki, Gəncə şəhərində “Açıq Kommunal İnfrastruktur Proqramı II” layihəsi icra olunur. Gəncə küçələrinin, qəsəbə və məhəllədaxili yolların asfaltlanması da şəhərin içməli su və çirkab su xətləri sisteminin yenidən qurulması məqsədi ilə həyata keçirilən sözügedən layihəyə paralel şəkildə aparılır.
İcra Hakimiyyətinin məlumatına görə, “Açıq Kommunal İnfrastruktur Proqramı II” layihəsi çərçivəsində işlərin tam başa çatdırıldığı ərazilərdə mərhələli şəkildə asfalt işləri görülməkdədir:
"Belə ki, son 4 ildə su-kanalizasiya sistemlərinin yenilənməsi işləri tam başa çatan 100-ə yaxın küçədə abadlıq işləri görülüb, 30-dan artıq küçədə təmir işləri aparılıb, 50-yə yaxın küçənin asfalt örtüyü yenilənib. Hazırda içməli su və çirkab su xətlərinin çəkilişi və yenilənməsi tam yekunlaşan ərazilərdə asfaltlanma işləri hazırda da davam etdirilir. Son aylarda şəhərin Dədə Qorqud, Tağı Arani və İsaq Cəfərov küçələrində binaların qarşısı və həmin yaşayış məntəqələrin ətrafında olan yollarda bu istiqamətdə müvafiq tədbirlər həyata keçirilib".
Biləcəridə sürücü qadının avtomobilini vurub hadisə yerindən qaçdı - REAL VİDEO
Polisdən qaçan sürücü qəza törətdi; sərnişinlə birlikdə maşından düşüb qaçdılar - VİDEO
Piyadalara “zebra”da yol verən sürücü qəzaya səbəb oldu; 4 nəfər yaralandı - VİDEO
Sürücülərin ən çox razı olduğu avtomobillər - SİYAHI
Maşına saxta lidar quraşdıranların məqsədi nədir? – Ekspertdən AÇIQLAMA - VİDEO
Ötmə zamanı iki maşın toqquşdu; 2 nəfər öldü, 2 yaralı var - VİDEO
İllərdir təmir edilməyən yola təcili yardım maşınları da girmir – VƏTƏNDAŞ ŞİKAYƏTİ - VİDEO
Əmrə tabe olmayan "Porsche" sürücüsü qaçmaq istədi - Polis atəş açıb saxladı - VİDEO
Sürücülük dərsi yoxsa “TikTok” şousu? - Təlimçi özünü ifşa etdi - VİDEO
Binədə qaydaları alt-üst edən sürücü maşını əks istiqamətə fırladıb yarışa çıxdı - VİDEO
Sürücülər arasında yol üstündə dava düşdü - Başı ilə şüşəni sındırdı - VİDEO











