Giriş qadağandır, amma avtobuslar girir - VİDEO
"Giriş qadağandır" nişanı olsa da, sərnişin avtobuslarının sürücüləri buna məhəl qoymur. Avtosfer.az-ın məlumatına görə, söhbət paytaxtın Səbail rayonu, Yeni Salyan şossesinin Bibiheybət mescidi yaxınlığından keçən hissəsindən gedir. Şossenin Xanlarov küçəsi ilə kəsişməsində avtomobillərin girişini qadağan edən nişan quraşdırılıb. Ancaq bu nişanın tələbləri bəzi hallarda avtobus sürücüləri tərəfindən pozulur. Qaydaları niyə pozduqlarını soruşanda isə sürücülər bildirdilər ki, onları buna sərnişinlər vadar edir.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov isə bildirdi ki, avtobusların Yeni Salyan şössesindən birbaşa Xanlar küçəsinə dönməsi qadağandır. Sözügedən ərazidə radar quraşdırılıb. Radarlar mütəmadi olaraq həmin yolda qayda pozanları qeydə alır. Buna görə də sürücülər sərnişinlərin yersiz istəyinə yox, qanunun tələblərinə riayət etsin ki, onlara heç bir cərimə yazılmasın.
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO












