Güclü külək təyyarəni yerdən-yerə vurdu - VİDEO
Avtosfer TV 4 Avqust 2020 09:27 Oxunub 1214
Güclü külək təyyarəni yerdən-yerə vurdu - VİDEO

Kanadada yüngül motorlu təyyarə uçuş-eniş zolağından çıxaraq qəzaya səbəb olub. Avtosfer.az xəbər verir ki, hadisə Britaniya Kolumbiyasının Nelson şəhərində qeydə alınıb.

“СTV” telekanalının məlumatına görə, şiddətli külək təyyarəni uçuş-eniş zolağından sürükləyərək aeroportun ərazisindən çıxarıb və yol kənarına park edilmiş avtomobilə çırpıb. Şassisi sıradan çıxan hava gəmisi bir supermarketin qarşısında yerləşən avtodayanacağın asfaltına ilişərək qalıb.

Qəza nəticəsində göyərtədəki 2 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlar müayinədən keçmək üçün tibb məntəqəsinə aparılıblar.

 

Namiq Musayev

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh