Gündüz saatlarında tunellərin divarlarını niyə təmizləyirlər? - VİDEO

Avtosfer TV 26 Aprel 2023 20:35 Oxunub 612
Gündüz saatlarında tunellərin divarlarını niyə təmizləyirlər?  - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Düzgün zaman təyin edə bilməyən yol işçiləri sürücülərin qınaq obyektinə çevrildi. 
Avtosfer.az xəbər verir ki, həvəskar sürücünün kameraya aldığı görüntü Ziya Bünyadov prospektində baş verib. Videogörüntüdən bəlli olduğu kimi tunelin divarlarını təmizləyən yol işçiləri avtomobillərin hərəkətinə qismən mane yaradaraq, onların hərəkətini yavaşladıb. Xüsusilə yaxın günlərdə baş tutacaq “Formula 1” yarışması ərəfəsində yollarda yaranan iflic vəziyyətlə bağlı şikayətlərin artdığını göz önünə gətirsək, bu tipli halların onlarda ikiqat narazılıq yaratdığını vurğulaya bilərik. Prosesi icra edərkən uyğun vaxtın seçilməsi isə həm işçilərin, həm də sürücülərin üçün təhlükəsizliyi üçün önəmli faktordur.

Nərmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh