Günün bütün saatlarında tıxac olan bu küçədə yüzlərlə sürücü qayda pozur - VİDEO

Paytaxtın Nizami rayonu, Mikayıl Əliyev küçəsində hər gün yüzlərlə sürücü qayda pozur.
Avtosfer.az xəbər verir ki, "Koroğlu" metrostansiyası istiqamətində günün bütün saatlarında tıxac var. Səhər isə qarşıdakı dairədir. Dairəyə daxil olma ardıcıllığı pozulduğu üçün tıxac yaranır. Eyni zamanda tıxacı qarşı yola çıxaraq qayda pozan sürücülər böyüdür. Belə ki, gözləmək istəməyən sürücülər əks istiqamətli yola çıxaraq dairəyə tərəf irəliləyir. Sonda isə onsuz da tıxacın mənbəyi olan dairədə sıxlıq artır. Nəticədə 2 kilometr olan küçədə saatlarla tıxac yaranır.
Qeyd edək ki, alternativ yollarda da eyni vəziyyət müşahidə olunur. Çünki Heydər Əliyev prospekti istiqamətində çıxış üçün mövcud yolların hamısı bu dairədən keçir.
Digər yol isə Bakıxanov qəsəbəsi istiqamətindəndir ki, burda da aeroport yolu və Heydər Əliyev prospekti istiqamətində gedən yollar yenidən dairədə kəsişir. Nəticədə tıxac burda da yaranır.
Problemin həlli üçün dairəni kiçiltmək və Mikayıl Əliyev küçəsinə Koroğlu istiqamətindən və əks tərəfdən svetofor qoymaq olar. Eyni zamanda Mehdi Abbasov küçəsindən gələnlər üçün də svetoforun qoyulması növbəlilik yaradacaq. Nəticədə saatlarla yaranan tıxacın qarşısı alına bilər.
Fərid
Biləcəridə sürücü qadının avtomobilini vurub hadisə yerindən qaçdı - REAL VİDEO
Polisdən qaçan sürücü qəza törətdi; sərnişinlə birlikdə maşından düşüb qaçdılar - VİDEO
Piyadalara “zebra”da yol verən sürücü qəzaya səbəb oldu; 4 nəfər yaralandı - VİDEO
Sürücülərin ən çox razı olduğu avtomobillər - SİYAHI
Maşına saxta lidar quraşdıranların məqsədi nədir? – Ekspertdən AÇIQLAMA - VİDEO
Ötmə zamanı iki maşın toqquşdu; 2 nəfər öldü, 2 yaralı var - VİDEO
İllərdir təmir edilməyən yola təcili yardım maşınları da girmir – VƏTƏNDAŞ ŞİKAYƏTİ - VİDEO
Əmrə tabe olmayan "Porsche" sürücüsü qaçmaq istədi - Polis atəş açıb saxladı - VİDEO
Sürücülük dərsi yoxsa “TikTok” şousu? - Təlimçi özünü ifşa etdi - VİDEO
Binədə qaydaları alt-üst edən sürücü maşını əks istiqamətə fırladıb yarışa çıxdı - VİDEO
Sürücülər arasında yol üstündə dava düşdü - Başı ilə şüşəni sındırdı - VİDEO











