Hər kəsin gözü önündə qadını zorla maşına mindirməyə çalışdılar - VİDEO

Türkiyənin Qaziantep rayonunda axşam saatlarında avtomobil yolunda qəribə hadisə baş verib. Avtosfer.az milli.az-a istinadən xəbər verir ki, gənc qadını 3 nəfər yolun ortasında zorla avtomobilə mindirməyə çalışıblar. Hadisə ötən gecə Şahinbey mahalı Yeditepe Məhəlləsi 72 nömrəli Prospektdə qeydə alınıb. Əldə edilən məlumata görə, adı hələ öyrənilməyən gənc qadını 80 HA 973 nömrəli avtomobilə mindirməyə çalışan 3 şəxs qadının müqaviməti ilə qarşılaşınca onu yerə ataraq sürətlə hadisə yerindən uzaqlaşmaq istəyiblər. Avtomobilin qapısını buraxmayan qadın daha sonra maşından enən bir kişi tərəfindən qolundan tutularaq yola buraxılıb. Şübhəlilər dərhal hadisə yerindən uzaqlaşaraq gözdən itiblər. O anlar isə arxa avtomobildəki vətəndaşın mobil telefonu ilə anbaan qeyd edilib. Hadisədən sonra avtomobillərdən enən digər sürücülər gənc qadının yanına gedərək yerdən qalxması üçün kömək ediblər.
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO












