Hərəkət edən traktor, kran, yük maşını və silah - Qardaşların əl işi - VİDEO
Hərəkət edən traktor, kran, yük maşını və silah... Paytaxtın Sabunuçu rayonu Zabrat qəsəbə sakinləri 13 yaşlı Famil İmamquliyev və qardaşı 14 yaşlı Elzadi İmamquliyev kartondan və müxtəlif vasitələrdən bu cür maketlər hazırlayıblar. Kran və traktor şlanqların daxilindəki suyun köməkliyi ilə yükü yuxarı qaldırır. Kranın hissələri bu üsulla sağa-sola da hərəkət edir və yuxarı qaldırdığı əşyanı yük maşınına atır. 307 nömrəli tam orta məktəbin 6-cı və 8-ci sinif şagirdləri olan İmamquliyev qardaşlarının hazırladığı ən diqqətçəkən alət isə vakuumla işləyən silahdır. Əvvəlcə silahın üzərindəki plastik butulkaya şpris vasitəsilə hava doldurulur. Lülənin üstündəki krantı açdıqda isə silah havanın gücü ilə gülləni 100 metrə qədər ata bilir. Məktəbli qardaşlar deyirlər ki, maketləri hazırlamaqda, lazım olan avadanlıqları əldə etməkdə valideynləri də onlara kömək edib.
Famil və Elzadi qardaşları növbəti dəfə küləklə işləyən və elektrik enerjisi istehsal edən qurğu hazırlamaq niyyətindədirlər.
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO












