Hərəkəti tənzimləyərkən özləri qayda pozur - REAL VİDEO

Evakuator maşınına dayanma-durma qaydasını pozan maşını ərazidən götürür. Amma elə özləri qayda pozurlar. Kadrlardan göründüyü kimi, evakuator maşını iki hissəli hərəkət olan yolun bir hissəsini tamamlilə bağlayıb. Buna görədə digər avtomobillər öz zolağından çıxaraq qarşı tərəfin yoluna çıxmağa məcbur olur. Bu isə əlav təhlükə yaradır.
Göründüyü kimi, hərəkətin daha intensiv olduğu əsas yolda da avtomobillər dayanıb. Evakuator maşını isə onları yox, ikinci dərəcəli yolda olan avtomobili götürür. Həm də elə yol polisinin özünün iştirakı ilə.
Evakuator maşınını təqib edərək 11 saylı duracağa qədər gəlirik. Yol polisi əməkdaşı maşından düşür, qapını örtmür, evakuator maşını belə vəziyyətdə hərəkətə davam edir. Yol polisi əməkdaşı isə qaçaraq uzaqlaşır. Duracağda da eyni mənzərə ilə qarşılaşırıq. Əməkdaş otağa girərək gizlənməyə çalışır.
Otağına daxil olduğumuz şəxs 1 dəqiqə sonra gəlin deyir. Amma xeyli müddət gözləsək də çağıran olmur, üstəlik qapını da arxadan kilidləyirlər. Müşahidə kamerasından izləyirlər ki, burdayıq çölə çıxmırlar. Başqa gözləyənlərə mane olmamaq üçün duracağı tərk edirik.
Görüntülərlə tanış olan yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov da deyir ki, əsas yoldakı maşınlar götürülməkdənsə ikinci yoldakı avtomobil aparılır və bu zaman qayda pozuntusu edilir.
Ekspert deyir ki, evakuasiya zamanı elə üsul seçilməlidir ki, bu başqaları üçün maneə yaratmasın. Yəni bu görüntülərdəki kimi işləmək doğru deyil.
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO












