Həvəskar ovçu 68 min xərc çəkib avtomobilini qeyri-adi formaya saldı - VİDEO

Ov həvəskarı olan bir şəxs, avtomobilini qeyri-adi formaya salıb. Təkərlər özlərini avtomatik olaraq doldurur. Gecə ova çıxanda, dumanlı havada da heç bir problemlə üzləşmir. Avtomobildə 220 voltluq işıqdan istifadə və ya elektrik sobasında yemək bişirmək mümkündür. İlkin Quluzadə həvəskar ovçudur. Ov zamanı suda və quruda üzləşdiyi problemlərdən azad olmaq üçün avtomobilinə dəyişiklik etmək qərarına gəlib. Bunun üçün avtomobilinə 68 min manat pul xərcləyib. İlk baxışdan zirehli texnikaya bənzəyən nəqliyyat vasitəsi əslində ov zamanı xüsusi əhəmiyyət kəsb edir. Maşının yük yerinə 220 volt elektrik gələn cərəyan yuvası qoyulub. Bu da meşənin ortasında işıqdan istifadə və ya elektrik sobasında yemək bişirmə imkanı yaradır.
Konstuksiyasının dəyişdirilməsi avtomobilin aşırımlı yollarda rahat hərəkətini təmin edir. Avtomobilin üst hissəsi heyvanların və ov ləvazimatlarının daşınması üçün nəzərdə tutulub. Alt-asqı sistemi, yəni qabaq və arxa işıqlar tamamilə mühafizə olunub.
Ötürücüsü mexanika olan avtomobilin içərisinə də dəyişiklik edilib. Demək olar ki, əyləc sistemi yenidən qurulub.
Maşının sahibi indi onu satmaq istəyir. Hədəfi isə ov üstünlüyü daha çox olan yeni avtomobil hazırlamaqdır.
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO












