Heydər Əliyev prospektini qazdılar, çuxura düşən maşınlar darmadağın olur - VİDEO

Xırdalan şəhərində təmirdən sonra asfaltlanmayan yol sürücülərə çətinlik yaradır. Avtosfer.az xəbər verir ki, Azərsu ASC Heydər Əliyev prospektinin bir hissəsində qazıntı işləri aparıb. Lakin təmirin bitməsinə baxmayaraq yolu asfaltlamayıblar. Qazılmış hissənin üzərini çınqılla örtəsələr də, asfalt səviyyəsinə kimi qaldırılmadığı üçün sürücülər çuxura düşürlər. Beləliklə də avtomobillərinə ziyan dəyir. Əksər sürücülər isə çuxura düşməmək üçün əks yola çıxırlar ki, bu da qarşıdan gələn sürücülərə təhlükə yaradır.
Eyni zamanda təmirdən sonra asflat vurduqları hissə isə artıq çöküb. Bu isə keyfiyyətsiz asfalt qatının vurulmasından xəbər verir.
Mütəxəssislər bildirir ki, asfalt örtüyünün müəyyən bir hissəsi qazılıb təmir işləri görüldükdən sonra, mütləq şəkildə qazılmış hissəsinin üzəri bərkidilməli, daha sonra həmin hissəyə keyfiyyətli tərkibli asfalt qatı vurularaq səthi digər örtüklə eyniləşdirilməlidir.
Lakin sözügdən ərazidə vəziyyət onu göstərir ki, sonradan vurulan asfalt qatı keyfiyyətsizdir və asfaltı vuran dövlət qurumu üçün yolun əvvəlki vəziyyətə qaytarılması çox da maraqlı deyil.
Şəfa
Biləcəridə sürücü qadının avtomobilini vurub hadisə yerindən qaçdı - REAL VİDEO
Polisdən qaçan sürücü qəza törətdi; sərnişinlə birlikdə maşından düşüb qaçdılar - VİDEO
Piyadalara “zebra”da yol verən sürücü qəzaya səbəb oldu; 4 nəfər yaralandı - VİDEO
Sürücülərin ən çox razı olduğu avtomobillər - SİYAHI
Maşına saxta lidar quraşdıranların məqsədi nədir? – Ekspertdən AÇIQLAMA - VİDEO
Ötmə zamanı iki maşın toqquşdu; 2 nəfər öldü, 2 yaralı var - VİDEO
İllərdir təmir edilməyən yola təcili yardım maşınları da girmir – VƏTƏNDAŞ ŞİKAYƏTİ - VİDEO
Əmrə tabe olmayan "Porsche" sürücüsü qaçmaq istədi - Polis atəş açıb saxladı - VİDEO
Sürücülük dərsi yoxsa “TikTok” şousu? - Təlimçi özünü ifşa etdi - VİDEO
Binədə qaydaları alt-üst edən sürücü maşını əks istiqamətə fırladıb yarışa çıxdı - VİDEO
Sürücülər arasında yol üstündə dava düşdü - Başı ilə şüşəni sındırdı - VİDEO











