“Honda” “015”ə çırpıldı; 2 ölü, 6 yaralı – ANBAAN VİDEO
Avtosfer TV 13 Avqust 2020 15:15 Oxunub 45102
“Honda” “015”ə çırpıldı;  2 ölü, 6 yaralı – ANBAAN VİDEO

Rusiyanın Krasnodar bölgəsində iki minik avtomobilinin iştirakı ilə baş verən ağır yol qəzasının görüntüləri təhlükəsizlik kamerasına düşüb. Avtosfer.az xəbər verir ki, hadisə “Temrük – Krasnodar – Kropotkin” trasının 58-ci kilometrliyində qeydə alınıb.

Məlumata görə, yüksək sürətlə hərəkətdə olan “Honda” markalı minik avtomobili, yol kəsişməsindən “Lada - 21015” markalı minik maşınına çırpılıb. Zərbənin şiddətindən “Lada” deformasiyaya uğrayıb.

Qəza nəticəsində “015”-in sürücüsü ilə sərnişini ölüb, “Honda”nın sahibi və 2-si uşaq olmaqla ümumilikdə 6 nəfər xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırmalara başlanılıb.

 

Namiq Musayev

 

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh