“Honda” işıq dirəynə çırpılaraq ikiyə bölündü; piyada öldü  – ANBAAN VİDEO 

Avtosfer TV 10 May 2024 10:44 Oxunub 4356
“Honda” işıq dirəynə çırpılaraq ikiyə bölündü; piyada öldü  – ANBAAN VİDEO 
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Türkiyənin Kocaeli əyalətində 1 nəfərin ölümü, 1 nəfərin də yaralanması ilə nəticələnən ağır yol qəzası baş verib. Avtosfer.az yerli KİV-ə istinadən xəbər verir ki, hadisə D-130 avtomagistralının Yalov qəsəsbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.

Məlumata görə, 41-ST-138 nömrəli nişanlı “Honda” markalı minik avtomobili yüksək sürətlə hərəkətdə olan zaman sürücünün idarəetməsindən çıxaraq əvvəlcə yol kənarında hərəkət edən piyadaya, daha sonra isə beton işıq dirəyinə çırpılıb. Zərbənin təsirindən piyada bir neçə metr kənara düşüb, beton dirəyə çırpılan avtomobil isə iki hissəyə bölünüb.

Nəticədə sürücü və ağır xəsarətlər alan piyada ambulanslara xəstəxanaya çatdırılıb. Lakin həkimlərin bütün səylərinə baxmayaraq piyadanın həyatını xilas etmək mümkün olmayıb.

Qəza ilə bağlı araşdıma aparılır.

 

Namiq Musayev

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh