Hövsanın mərkəzi yolunda asfalt çökür; qurumlar nəyi gözləyir? – APARICI ŞİKAYƏT ETDİ - VİDEO

Bakının Suraxanı rayonunda yol infrastrukturunda yaşanan problem sürücülərin narazılığına səbəb olub. Avtosfer.az xəbər verir ki, bu barədə radio aparıcısı DJ Tural Yusifov video çəkərək özünün sosial şəbəkə hesabında paylaşım edib.
Videoda qeyd olunur ki, rayonun Hövsan qəsəbəsi Elçin Məmmədov küçəsində iki nöqtədə asfalt örtüyü sürücülərə çətinlik yaradır. Yol örtüyündəki bu qüsurlar nəqliyyat vasitələrinin çökəyə düşməsinə və texniki nasazlıqlara səbəb ola bilər. Aparıcı videoda qeyd edir ki, "görünür, bu çökəklik tam çöküb avtomobil batandan sonra məsul qurumlar məsələni araşdıracaq".
Vətəndaşlar həmçinin bildiriblər ki, bu cür asfalt problemləri yalnız Elçin Məmmədov küçəsi ilə məhdudlaşmır, rayonun digər yollarında da bənzər vəziyyət müşahidə olunur. Onların sözlərinə görə, indiyədək məsələ ilə bağlı heç bir rəsmi qurum tədbir görməyib və bu da ərazidə ağır qəza risklərini daha da artırır.
Fidan
Kuryer qadın sürücünün qarşısını kəsib döydü, başqa sürücü də onu əzişdirdi - VİDEO
Sumqayıtda azyaşlı yolda təhlükə saçdı: Qorxulu anlar yaşandı - VİDEO
Xanım sürücü qazla tormozu səhv salıb 13 yaşlı uşağı vurdu - VİDEO
Yaşayış zonasında “hoqqa” verən yeniyetmə sürücü qəza törətdi - ANBAAN VİDEO
Qadın sürücü "Range Rover"i aşırdı; xəsarət alanlar var - Bakı-Qazax yolunda qəza – VİDEO
Binanın girişini bağlayan şəxs xanım sürücü imiş - Sakinlər maşınsız qaldı - VİDEO
Sürət yarışına çıxan sürücülər yolu bir-birinə qatdı - VİDEO
“Land Rover”lə toqquşmamaq üçün sürücü maşını bordürə çırpdı, sonra… - VİDEO
"Gelandewagen"də ad gününü qeyd edən azyaşlı tapıldı - ATASI CƏRİMƏLƏNDİ - VİDEO
Yol polisi yoxlamadan qaçan skuterli kuryeri yıxaraq saxladı - VİDEO
Yolayrıcında ağır qəza; yenə "Prius" - Günah kimdədir? – Ekspert İZAH ETDİ - VİDEO










