İçərisində iki nəfərin olduğu maşın yandı; 2 yaralı - FOTO + VİDEO
Avtosfer TV
3 İyun 2020 21:07
Oxunub 3206
Hazırda yanğının baş vermə səbəbləri araşdırılır
Rusiyanın Perm şəhərində içərisində insanların olduğu minik avtomobili yanıb. Avtosfer.az xəbər verir ki, insident “Dostluq” meydanı yaxınlığında qeydə alınıb. Bu barədə "Российская газета" məlumat yayıb.
Məlumata görə, hələlik məlum olmayan səbəblərdən içərisində iki nəfərin olduğu "Reno Loqan" markalı minik avtomobili yanmağa başlayıb. Hadisə zamanı partlayış da baş verib. Alovlar yanğınsöndürənlər tərəfindən mühafizə olunub.
Yerli Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, 58 yaşlı sürücü və 48 yaşlı qadın sərnişin ciddi yanıq xəsarətləri ilə xəstəxanaya çatdırılıblar.
Digər təfərrüatlar barədə məlumat verilmir.
Hazırda yanğının baş vermə səbəbləri araşdırılır.
Namiq Musayev
ŞƏRH YAZ