İçərisində uşaq olan maşına güllə atıldı - FOTO-VİDEO
Avtosfer TV 3 İyul 2020 13:18 Oxunub 1406

Günün günorta çağı içərisində uşaq olan maşına güllə atılıb. “Lenta dna” “Telegram” kanalının məlumatına görə, hadisə Rusiyanın Krasnoyarsk şəhərində qeydə alınıb. Sürücünün sözlərinə görə, hadisə vaxtı maşında həyat yoldaşı və uşağı olub. Güllə uşaq olan tərəfdən yan şüşəyə dəyib.

Təqdim olunan videoda güllənin səsi eşidilir.

Sürücü atəşin yaxınlıqdan keçən ağ rəngli “Toyota Land Cruiser” maşınından atıldığını düşünür, ancaq buna kifayət qədər sübutu yoxdur. Güllənin başqa avtomobildən atıla biləcəyi də istisna edilmir.

Polis artıq görüntülərlə bağlı araşdırmaya başlayıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh