“İcra hakimiyyəti yeyinti etməsə, belə qanunsuzluqlar baş verməz” – VƏTƏNDAŞ ŞİKAYƏTİ - VİDEO

Bir neçə gündür ki paytaxtın Nizami rayonunda səkidə qazıntı işləri aparıb hansısa kommunal xətlərdə yenilik işləri görürlər.
Bu barədə Avtosfer.az-ın sosial şəbəkə hesabına vətəndaşlardan biri məlumat verib. Vətəndaş göndərdiyi videoda bildirib ki, artıq bir neçə gündür ki, rayonun Elşən Süleymanov küçəsində səkidə qazıntı işləri aparılır. Hansısa kommunal xəttə obyektlərdən birinin qoşulması işləri görülür. Vətəndaş bildirib ki, bu, kanalizasiya və su xətti də ola bilər. Buna baxmyaraq, qazıntı işləri aparılan hissədə nə bir məlumatlandırma lövhəsi, nə də təhlükəsizliyi təmin edəcək digər vasitələr yerləşdirilməyib.
Sakinin sözlərinə görə, ərazidə fiziki qüsurlu şəxslər də yaşayır və kimsə günün qaranlıq saatında bu boruları və qazıntı işlərini görməyə bilər. Bundan əlavə vətəndaş kanalizasiya xətlərinin çəkilməsini nümunə gətirərək deyib: “Sabah nəsə baş versə, yapışacaqlar dövlət qurumundan. İcra hakimiyyəti icazə verməsə, yeyinti etməsə, bu şeylərə şərait yaratmasa, belə qanunsuzluqlar da ortaya çıxmaz.”.
Vətəndaşın şikayəti əsasında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə sorğu ünvandladıq. Qurumdan sorğumuza cavab olaraq bildirildi ki, qeyd edilən ünvanda su və kanalizasiya xətlərinə hansısa müdaxilə, birləşmə işləri nəzərdə tutulmayb. Qazıntı işləri qurum tərəfindən aparılmır.
Səfər
Binanın girişini bağlayan şəxs xanım sürücü imiş - Sakinlər maşınsız qaldı - VİDEO
Sürət yarışına çıxan sürücülər yolu bir-birinə qatdı - VİDEO
“Land Rover”lə toqquşmamaq üçün sürücü maşını bordürə çırpdı, sonra… - VİDEO
"Gelandewagen"də ad gününü qeyd edən azyaşlı tapıldı - ATASI CƏRİMƏLƏNDİ - VİDEO
Yol polisi yoxlamadan qaçan skuterli kuryeri yıxaraq saxladı - VİDEO
Yolayrıcında ağır qəza; yenə "Prius" - Günah kimdədir? – Ekspert İZAH ETDİ - VİDEO
Yoldan çıxıb işıq dirəyinə çırpılan “BMW” iki yerə bölündü; ölən var – FOTO - VİDEO
“Priora” ilə yol polisindən qaçan vəsiqəsiz sürücü “Kamaz”la toqquşdu - FOTO - VİDEO
“Mercedes” havada uçaraq restorana çırpıldı – Sürücünün 80 yaşı var - VİDEO
Qəfil manevr sürücünü sarı torda saxladı – Boş yerə CƏRİMƏLƏNDİ - VİDEO
“Audi” ilə təhlükəli manevrlər edən sürücü evə piyada getdi - VİDEO










