Kişi avtobusda qadına şillə vurdu; hamı tamaşaçı qaldı - VİDEO
Avtosfer TV
26 Avqust 2020 14:21
Oxunub 2698

Türkiyənin İstanbul şəhərində kişi, avtobusda mübahisə etdiyi qadını vurub. Avtosfer.az DHA-ya istinadən xəbər verir ki, hadisənin görüntüləri Aranvutköy rayonunda, "Mescidi Selam - Karaburun" xətti üzrə hərəkət edən "336K" saylı avtobusda qeydə alınıb.
Məlumata görə, avtobusda maska taxmadığı üçün bəzi sərnişinlərin etirazı ilə qarşılaşan kişi naməlum səbəblərdən yanında əyləşdiyi qadına şillə vurub və bununla da kifayətlənməyərək onunla mübahisə edərək təhqiramiz sözlər deyib.
Maraqlıdır ki, həmin vaxtda avtobusda çoxlu insan olsa da, hadisəyə heç kim müdaxilə etməyib.
Namiq Musayev
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













