Banner

İllərdir təmir edilməyən yola təcili yardım maşınları da girmir – VƏTƏNDAŞ ŞİKAYƏTİ - VİDEO

Avtosfer TV 21 Yanvar 2026 11:30
İllərdir təmir edilməyən yola təcili yardım maşınları da girmir – VƏTƏNDAŞ ŞİKAYƏTİ - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Masallı rayonu Ərkivan qəsəbəsinin Ramazanlı məhəlləsində yaşayan sakinlər yolların uzun müddətdir bərbad vəziyyətdə olmasından şikayət edirlər. 

Avtosfer.az xəbər verir ki, məhəllə ərazisində yol infrastrukturunun yararsız vəziyyətdə olması gündəlik həyatda ciddi çətinliklər yaradır.

Sakinlərin sözlərinə görə, yol örtüyü, demək olar ki, tamamilə sıradan çıxıb. Xüsusilə yağışlı havalarda vəziyyət daha da ağırlaşır. Bir az yağış yağan kimi yol palçığa çevrilir və nəqliyyat vasitələrinin hərəkəti mümkünsüz hala gəlir. Piyadalar, xüsusilə uşaqlar və yaşlılar üçün yol keçilməz vəziyyətə düşür.

Müasir avtomobillər məsuliyyətsiz sürücüləri “tərbiyə edir”? - ARAŞDIRMA


Ramazanlı məhəlləsinin bəzi ərazilərində avtomobillərin palçığa batması adi hala çevrilib. Sakinlər bildirirlər ki, təcili tibbi yardım, digər operativ nəqliyyat vasitələri yolun bərbad vəziyyəti səbəbindən məhəlləyə daxil olmaqda çətinlik çəkir.

Onların sözlərinə görə, problem uzun müddətdir mövcud olsa da, indiyədək yolun əsaslı təmiri ilə bağlı hər hansı addım atılmayıb. Dəfələrlə aidiyyəti qurumlara müraciət edilsə də məsələ həllini tapmayıb.

Məhəllə sakinləri aidiyyəti qurumlardan yolun təmir olunmasını, ən azı asfaltlanaraq normal hərəkət üçün yararlı vəziyyətə gətirilməsini xahiş edirlər.

Eltac Zülfüqaroğlu

Oxunub 594
ŞƏRH YAZ
Ad

E-mail

Şərh